Bürcə görə ailə quraq?
Həyatda müxtəlif bürcün nümayəndələri ilə rastlaşırıq. Hətta bəzən bürcə görə insanları seçirik. Amma bürclər haqqında tam məlumata sahibik? “Empatv.az” olaraq mövzunu astroloq Aytən Salami ilə müzakirə etdik.
-Ətrafımızdakı insanlar 2 qrupa ayrılırlar: bürclərə inananlar və inanmayanlar. Bu səbəbdən də ilk bu sual ilə başlayaq. Bürclər insanların hansı xüsusiyyətlərini özündə əks etdirir?
Çox gözəl yerdən başladıq. Çünki elmi astoroloq kimi həmişə hər yerdə deyirəm ki, insanları bürcə görə kateqoriyaya bölmək olmaz. Bürc proqnozları həyatımızı yönləndirməyimiz üçün əsas deyil. Çünki elmi astrologiya təkcə bürcdən ibarət deyil. Hər bir şəxsin doğum xəritəsi var. Burda bizim Günəş bürcümüz, Ay bürcümüz, yüksələn bürcümüz var. Dostlarımız ilə başqa bürcün xüsusiyyəti ilə rəftar edirik, ailəmizə isə başqa bürcün xüsusiyyətini göstəririk. Çünki hər birimizin xəritəsində 12 bürcün hamısı var, 1 bürcün xüsusiyyətini daşımırıq. Amma harda, həyatımızın hansı hissəsində, hansı bürcü istifadə etdiyimiz bizim doğum xəritəmizdə görsənir.
-Ay bürcü, Günəş bürcü dediniz. Bu anlayışların mənası nədir?
Hər kəsin bildiyi bizim Günəş bürcümüzdür. Günəş 30 gün müddətində 1 günə 1 dərəcə irəliləyir. 1 ayı 30 günə tamamlayır və 1 bürcü bitirir. Və bu 30 gün müddətində insanlar eyni bürcün altında doğulurlar. Amma kainat bu qədər asan qurulmayıb ki, Yer üzündəki milyardlarla insan 30 gün ərzində 1 bürcdə doğulsunlar. Çünki hər birimizin xarakter, həyat, qismət, seçimlərimiz barmaq izimiz kimi fərdidir. Ona görə də, bizim həm doğum saatımız, həm də doğulduğumuz coğrafi məkan önəmlidir. Çünki Azərbaycanda eyni saat, eyni dəqiqədə doğulan insan ilə Amerika, Avropa, Avstriyada doğulan insanın taleyləri fərqlidir. Günəş bürcü bizim xarakterimizi göstərir. Ay bürcü isə bizim hissiyatımız, qeyri-ixtiyari, şüursuz reaksiyalarımızı göstərir. Ay hər 2 gündən sonra bürc dəyişir. Bizim doğulduğumuz gün Ay hansı bürcdə hərəkət edirsə, o bizim Ay bürcümüzdür. Eyni zamanda, bizim yüksələn bürcümüz var. Yüksələn bürc bizim doğulduğumuz saatdır, həyata göz açdığımız bürcdür.
-Günəş bürcümüz, Ay bürcümüz, yüksələn bürcümüz fərqlidir və biz bütün bürclərin xüsusiyyətini daşıyırıq?
Bəli, tamamilə doğrudur. Bizim Merkurimiz fərqlidir, Veneramız fərqlidir. Düşüncəmiz, sevgi həyatımız, həyat hədəflərimiz, cəsarətimiz fərqlidir. İnsan var ki, həssas, fədakar insandır, amma bəzi məqamlarda gözü heç nəyi görmür. Çünki Günəşi balıq bürcündə olsa da, Marsı qoç bürcündədir.
-İnsanın Mars, Yupiterini necə müəyyən edirsiniz?
Bayaq doğum saatımızdan danışdım. Hər bir insanın doğulduğu saat, gün doğum xəritəsində həmin anın çəkilmiş şəklidir. Və bu şəkli bizə verən “Solarfire” adlı proqram var. Lisenziyalı və kifayət qədər yüksək məbləğlidir. Proqram alimlərin işlədiyi astroloji hesablamalardan ibarətdir. Bilirik ki, bizim planetlərimiz var. Bütün bu planetlərin hərəkətini astroloqlar analiz edirlər. Məsələn, hazırda Ay xərçəng bürcündədir, Günəş şir bürcündədir.
-Paylaşımlarınızda “Merkuri retrosu” anlayışına rast gəldim. Bunun izahını verməyinizi istəyərdim.
Planetlərin retro hərəkətləri var. Merkuri hazırda şir bürcündə hərəkət edir. Astronomik olaraq Merkuri ildə 3 dəfə retro hərəkətində olur. Yəni ildə 3 dəfə daha yavaş irəliləməyə başlayır. Yer kürəsindən baxıldığında geri hərəkət edirmiş kimi görünür. Merkuri kommunikasiya, ünsiyyət ilə bağlı olduğu üçün və hərəkət sürətini azaltdığı üçün Yer kürəsinə öz enerjisini yaxşı ötürə bilmir. Merkurinin hərəkət sürəti azalanda isə ortalıq qarışır. Belə ki, bu dönəmdə insanlar unutqan ola, keçmişə yönələ, bir-birilərini incidə, səhv mesaj göndərə bilirlər. Bu zaman karqolar və təyyarələr gecikir. Kompüter proqramları çökür, elektron cihazlar xarab olur. Yəni hansısa cihazda problem varsa “Merkuri retro” dönəmində cihaz mütləq problemini göstərir. Bu o demək deyil ki, hər şey alt-üst olur. Sadəcə daha qarışıq dönəm olur. Bu səbəbdən də insanlara deyirik ki, daha diqqətli olsunlar. Məsələn, hər hansı sənədi imzalamaq istəyəndə nəsə gözündən qaça bilər. Çünki bu dövrdə fikir yayınıq olur.
-İstəyirəm ki, bürcləri münasibətə görə qruplaşdırasınız. Hansı bürclərin evliliyi, münasibəti daha uğurlu alınır?
Cütlüklər ailə həyatı quranda səhv seçimlər etməsinlər deyə “Astrologiya-münasibət analizi” adlı kitab yazıram. Çünki bürcə görə partnyor seçmək düzgün deyil. Astrologiyada elementlər var. Elementlərə görə bürclərin bir-birinə uyğunluğu var. Od ünsürlü bürclər bir-birini anlayır. Amma iki odun bir yerdə olması problemdir. İkisi də çox aktiv və lider ruhludur, nəticədə münasibət yorucu olur. Ən çox hava ünsürlü bürclər uyğundur. Su ünsürlü bürclər bir-biri ilə çox sakit emosional bağ qura bilir. Amma həyatlarında aktivlik, həyəcan, emosiya yoxdur. Ən çox zidd bürclər bir-birini çəkir. Yəni qız bürcü balıq bürcü ilə; əqrəb bürcü buğa ilə ailə qurur. Çünki mənfi müsbəti cəlb edir. Qız bürcü istədiyi sevgini balıqda görür, çünki özündə o yoxdur. Balıq bürcü istədiyi gücü, çalışqanlığı, realistliyi qız bürcündə görür. Amma nə olsa da qız bürcü balığı başa düşmür, əqrəb bürcü buğanı anlamır, buğa sakitlik istəyir, əqrəbin xaosunun içində yaşamaq istəmir. İlk cəlb edir, amma bir müddət sonra münasibət qırılır. Amma bu 100-də 20-30 faiz uyğunluqdur. 100-də 70-80 faiz isə elmi astroloji analiz ilə müəyyən edilir. Elmi astroloji analiz iki şəxsin doğum xəritələrinin üst-üstə qoyulmasıdır. Çünki təkcə Günəş bürcümüz önəmli deyil. Günəş bürcü bizim xarakterimizi göstərir. Xarakterlər uyğun gələ bilər. Amma Merkurilərimiz nə deyir? Yəni bir oğlanın düşüncəsi ilə bir qızın düşüncəsi üst-üstə düşürmü? Və yaxud Mars ilə Veneraya baxırıq. Kişi və qadın enerjisi uyğundurmu? Bir partnyorun istəyini digəri verə biləcəkmi? Həyatın hansı hissəsində problem ilə üzləşə bilərlər? Hansı hissədə dost ola bilərlər? Bu xəritə analizidir. Amma bürclərin bir-birinə uyğunluğu yüzdə yüz deyil. Bürcə görə ailə qurmaq düzgün deyil.
-Bəs uşaqların tərbiyələndirməsi onların bürcündən asılı olmalıdır?
Bürcə əsasən yox, uşaqların xəritələrinə görə, bəli. Uşaq xəritələrində daha çox Merkurisinə, Ayına baxılır. Ayına onun emosional duyğusu, gələcəkdə ala biləcəyi psixoloji travmaya görə baxırıq. Merkurisinə isə ixtisas olaraq hansı sahədə uğur qazanacağını bilmək üçün baxırıq. Ailələrə uşağın emosional cəhətdən alacağı travmaları görə hansı tədbirlər görməli olduğunu bildiririk. Məsələn, mən öz övladlarımın hər birinin potensialını, beyinlərinin hara işlədiyini, hansı ixtisas sahibi ola biləcəklərini bilirəm.
-İndi istəyirəm ki, biz Merkuri, Ay bunları bir kənara qoyaq, məhz Günəş bürcünə görə insanlara ixtisas seçək.
Qoç bürcü - əsgər və yaxud cərrah
Buğa bürcü - aşbaz, varlı biznesmen. Buğa bərəkətlidir, həmişə pulu özünə çəkir.
Əkizlər bürcü - zehni çox aktivdir, onları düzgün yetişdirəndə beyinləri ən gözəl şəkildə işləyəcək. Düzgün yetişməyəndə zəkanı neqativlərə istifadə edəcəklər. Yaxşı tərbiyə alan əkizlər jurnalist, düzgün tərbiyə almayan əkizlər isə yalançı, fırıldaqçı olur.
Xərçəng bürcü - dayə. Uşaqlara çox gözəl sevgi verir.
Şir bürcü - biznesmen
Qız bürcü - hər yerdə işləyə bilir. Amma yalnız işləsin, işçi arılar kimidir. Müdir deyil, işçi olmağı üstün tutur.
Tərəzi bürcü - rəssam, dizayn, modelyer. Çünki çox gözəl estetik zövqü var. Həmçinin, hakim ola bilər. Ədalət duyğusu güclüdür, heç kimi incitmək istəmir, bərabərlik istəyir.
Əqrəb bürcü - detektiv, araşdırmaçı, mafiya başçısı. Hər şeyi hiss edir.
Oxatan bürcü - səyyah. Gəzməyi, həyatdan zövq almağı sevir. Həmçinin, ruhani, din insanı ola bilir.
Oğlaq bürcü - dövlət başçısı, müdir. Hər işdə yüksək mövqedə olmaq istəyir. Amma bu mövqeyə orta yaşlarda çatır. Çünki çox çalışqan, səbirlidir.
Dolça bürcü - astronom. Çox qeyri-adi düşüncəyə sahibdir. Dolça cəmiyyətdə nəyinsə əsasını qoyan, dəyişən bürcdür. O, kollektivi öz arxası ilə aparır.
Balıq bürcü -şair, yazıçı, xeyriyyəçi. Çünki kömək etməyi, fədakarlığı sevir.
-Sonda mən müqasiyəli xüsusiyyətlər deyim, siz də uyğun bürcü seçin.
1) Ən dəyişkən bürc? Əkizlər
Ən sabit bürc? Əqrəb
2) Ən emosional bürc? Xərçəng
Ən soyuqqanlı bürc? Oğlaq
3) Ən səliqəli bürc? Qız
Ən səliqəsiz bürc? Oxatan
4) Ən lider bürc? Qoç
Ən yaradıcı bürc? Şir və tərəzi
5) Ən sədaqətli bürc? Oğlaq
Ən xəyanətkar bürc? Buğa heç vaxt xəyanət etməz. Tərəzi kişiləri çox qadınlara meyil edir. Bir də qoç bürcündə yerində dayanmayan, alovlu enerji var. Partnyoru tez-tez dəyişə bilir. Bir münasibət bitəndən sonra başqasına başlayır.
6) Ən eqolu bürc? Şir
Ən fədakar bürc? Balıq
7) Problem zamanı ən dürüst bürc? Əqrəb, həm də manipulyativdirlər.
Problem zamanı ən yalançı bürc? Əkizlər
Heç kim mənə belə maraqlı suallar verməmişdir. Həmişə elmi danışıram, amma bu dəfə maraqlı oldu.

Müxbir: Gülnisə Əfkari