Psixoloji sağlamlıq: Niyə danışmırıq?
Bəzən kiçik bir "Necəsən?" sualı insanları anlamağa kifayət edər. Bu sualın cavabı isə hiss etdiklərimizdən asılı olmayaraq daim "Yaxşıyam." olur. Bəs həqiqətən dediyimiz kimi yaxşıyıqmı? Niyə gerçək duyğularımızı deməkdən çəkinirik? Bəlkə elə bizi bir addım geri atmağa cəmiyyətin qınağı vadar edir. Bu məqalədə cəmiyyətin psixoloji sağlamlığa münasibəti, bu sahədəki susqunluq və bunun yaratdığı nəticələrə toxunacayıq.
İnsanlar hisslərini bölüşmək istədikdə əksər hallarda bu, "şıltaqlıq" və ya "zəiflik" kimi görülür. Bizim cəmiyyətdə insanın əhvalı çox vaxt ümumi halıyla deyil, nə qədər “funksional” olmasıyla ölçülür: Əgər işə gedə bilirsə, yemək bişirə bilirsə və hələ də gülümsəyə bilirsə, demək ki, o yaxşıdır. Amma heç kim içində qopan fırtınaları görmək istəmir. Halbuki bəzi insanlar səhər yataqdan qalxmaq üçün özləri ilə saatlarla mübarizə aparır. Bəziləri susur, bəziləri isə sadəcə yox olmağı arzulayır.
Ətrafdan gələn “hamı belədir də”, “keçəcək”, “həyat budur” cümlələri isə həmin adamı bir az da susdurur. Bir az da tənha buraxır.
Ümumiyyətlə, hələ lap kiçiklikdən bəri bizə "Güclü İnsan" anlayışı fərqli şəkildə diktə edilib. Onlar üçün güclü olmaq hisslərini basdırmaq, eyni bir robot kimi hərəkət etməkdir, lakin bilməliyik ki, əsl güclü insan hisslərini tanıyan, onları basdırmayan, olduğu kimi qəbul edən insandır. Bu cür mövzuların açıq danışılması üçün mühitə və anlayışa ehtiyac var. Əgər bir ailədə hərkəs bir-birinə laqeyddirsə, eyni zamanda məktəbdə müəllimlər şagirdlərin ruh hallarından xəbərsizdilərsə, bir ölkədə psixoloqlar ancaq “çox pis hallarda” xatırlanırsa, bu cəmiyyətin psixoloji sağlamlığından danışmaq mümkünsüz olur.
Bəs bu laqeydliklərin qarşısını necə ala bilərik?
Psixoloji sağlamlığımıza da, eyni fiziki sağlamlığımıza önəm verdiyimiz kimi önəm verməyi necə öyrənək? İlk olaraq, anlamalıyıq ki, psixoloqa getmək eynilə bir həkimə getmək kimidir. Ailədə, məktəbdə, mediada — psixoloji sağlamlıq normal bir məsələ kimi danışılmalı və təbii ehtiyac kimi qəbul olunmalıdır. Dəstək almaq istəyən insan utanmamalıdır, çünki o özünün, ruhunun fərqindədir və dəyişmək istəyir.
Psixoloji sağlamlıq yalnız fərdi bir məsələ deyil. Bu, bir cəmiyyətin empatiyasının və inkişaf səviyyəsinin nə dərəcədə olduğunu göstərir. Susduğumuz müddətcə bu tabu qalacaq. Danışdıqca isə insanlar yavaş-yavaş tək olmadıqlarını hiss edəcəklər və biləcəklər ki, onlar gücsüz deyil, sadəcə insandır.

Hazırladı: Sura Əliyeva