Sosial medianın içində itib gedən psixologiyalar: Biz hara gedirik?
Əllərimizdə telefon, gözlərimizdə sonsuz axan görüntülər, zehnimizdə isə bir az narahatlıq, bir az təlaş, bir az da özümüzə yetməyən nəsə… Sosial medianın həyatımızdakı yerini artıq “əyləncə vasitəsi” kimi tanıtmaq sadəlövhlük olardı. O, artıq bizim səhər gözümüzü açarkən baxdığımız ilk şey, yuxudan əvvəl gördüyümüz son şeydir. Onun həyatımıza və ruh halımıza təsiri danılmazdır – amma nə qədər dərinə gedir bu təsir?
Bu mövzunu dərindən sizə çatdırmaq üçün psixoloq və İnspiro işçilər üçün psixoloji təlim proqramının rəhbəri Aydan Məmmədovaya və sosioloq Yusif Nəbiyevə üz tutduq.
“Artıq gəzən güzgülər yox, gəzən maskalar var...” deyir Yusif Nəbiyev
Sosioloq Yusif Nəbiyev sosial medianın sadəcə texnoloji bir vasitə olmaqdan çoxdan çıxdığını düşünür. Onun fikrincə,
Sosial medianın gündəlik həyatımızdakı rolu artıq adi bir texnoloji transformasiya səviyyəsini çoxdan keçib. Keçmişlə müqayisədə əsas nəzərəçarpan fərq budur ki, biz artıq xəbərləri ənənəvi mediadan yox, dost-tanışların, yaxşı halda isə müəyyən mövzularda "ixtisaslaşmış" fərdlərin - blogger, influnser, ekspertlərin - paylaşımlarından öyrənirik. Yəni, informasiya strukturu mərkəziyyətsizləşib. Bununla isə, biz həm də manipulyasiyaya daha açıq hala gəlmişik. "Fake" xəbərlərə qarşı daha müdafiəsiz olmuşuq.
İnsan psixologiyası baxımdan isə, deyə bilərik ki, sosial media, bizi daha qeyri-səmimi insanlara çevirib. Xarakter geri plana keçib. Performans önə çıxıb. Deyə bilərik ki, artıq "gəzən güzgülər" yox, "gəzən maskalar" olmuşuq. İnsanlar sosial media sayəsində daim izlənildiklərini düşündükləri üçün mütəmadi olaraq özlərini təqdim etmək, performans göstərmək məcburiyyəti hiss edirlər. Maskaları da məhz buna görə taxırlar. Nəticədə isə isə real və rəqəmsal şəxsiyyətlərimiz arasında bir dissosiasiyaya meydana gəlir. İnsanlar bəyənilmək və təsdiq olunmaq üçün real həyat təcrübələrini belə instaqram üslubu, ədəb-ərkanı ilə şəkilləndirməyə başlayırlar. Bununla da sosial miqyasda bir müqayisə maniyası formalaşır. Narazı kütlələr meydana gəlir. Kollektiv məmnunsuzluq hökm sürür.
Sosial media, eləcə də, gündəlik həyat şəklimizi də dəyişdirir. Yəqin, heç kim etiraz etməz ki, səhər oyanan kimi bildirişləri yoxlamaq artıq səhər ritualımıza çevrilib. Bu isə, öz növbəsində, təkcə günlük davranışlarımızı yox, həm də diqqətimizi, enerjimizi nəyə, hara istiqamətləndirdiyimizi də təyin edir. Qərb literaturasında "diqqət iqtisadiyyatı" (attention economy) adlanan sistemin qurbanlarına çevrilirik. Hər şey bizi daha çox bağlı tutmaq, diqqətimizi, fokusumuzu öz üzərində saxlamaq üçün dizayn edilir. Ziqmund Baumanın dediyi kimi, “axıcı müasirlik” (fluid modernity) şəraiti məhz belə-belə ortaya çıxır. Münasibətlərimiz də, hətta kimliklərimiz də sürüşkən, axıcı və dayanıqsız hala gəlir. Təkrar qeyd etməkdə fayda var: Beləliklə, xarakter gedir və yerini performans zəbt edir.
Onun sözlərinə görə, bu maskalar bizi bir-birimizə bağlasa da, eyni zamanda aramıza ekranlar yerləşdirir. Münasibətlər axıcı, dayanıqsız və kövrək bir hal alır.
"Beynimiz bir reels uzunluğunda duyğulara məruz qalmağa öyrəşmir"
Psixoloq Aydan Məmmədova isə məsələni fərdi psixoloji yük baxımından ələ alır. Sosial medianın təqdim etdiyi saysız-hesabsız məlumat və emosional keçidlər – bir videoda güldürən kadr, növbətisində ağladan etiraf – beyni durmadan stimullaşdırır. Bu isə, onun sözlərinə görə, beynin dopamin sisteminə təzyiq yaradır;
“Bir neçə saniyədə bir neçə emosiyanı yaşamaq beynin emosional tənzimləmə sistemini pozur. Bu, emosional tükənmişliyə, diqqət dağınıqlığına və real həyatda maraqsızlıq hissinə səbəb ola bilər.”
Psixoloq tövsiyə edir ki, istifadəçilər sosial media istifadəsinə konkret zaman məhdudiyyəti qoysun və bəzən tamamilə fasilə versinlər.
"Qüsursuzluq illüziyası və maskanın altındakı boşluq"
Bəs, hamının mükəmməl göründüyü bu məkanda biz niyə get-gedə daha çox özümüzdən narazı oluruq?
Bu suala Aydan Məmmədovanın cavabı çox aydındır:
“Filtrlənmiş, montajlanmış həyatların içində öz reallığımızı kiçik və natamam görməyə başlayırıq. Bu da bizdə qeyri-kafilik hissini dərinləşdirir. Əslində isə bu qüsursuz görünməyə çalışanlar da içəridə qəbul olunmaq, təqdir edilmək ehtiyacı ilə hərəkət edirlər. Bu, bir növ kompensasiya davranışıdır.”
Aydan xanımın fikrincə, bu “mükəmməllik teatrı” sosial medianın ən zərərli illüziyalarından biridir. Onun tövsiyəsi isə sosial medianı izləyərkən tənqidi düşüncə qabiliyyətini qorumaq və "filtrlənmiş reallığı" gerçək həyatla qarışdırmamaqdır.
“Sosial media sadəcə bir alət deyil, bizi formalaşdıran gücdür”
Mövzunun daha dərin qatlarına enərək, Yusif bəyə ünvanladığım növbəti sual sosial şəbəkələrin insanları necə radikallaşdıra bildiyini ilə bağlı oldu.
Onun sözlərinə görə, sosial şəbəkələrdəki müzakirələr və qruplaşmalar, xüsusilə də ideoloji mövzularda, insanlarda radikallıq və “sürü psixologiyası”nı gücləndirə bilər. Gustave Le Bon-un məşhur “Kütlələrin Psixologiyası” əsərində qeyd edildiyi kimi, insanlar kollektiv mühitdə fərdi təfəkkürdən uzaqlaşaraq emosional və impulsiv davranmağa meylli olurlar. Nəzərə alanda ki, sosial media bu “kütlə”ni virtual formata salır və hər kəsi eyni emosional frekansa kökləyir, deyə bilərik ki, artıq virtual olaraq hər kəs kütlənin, sürünün bir parçası kimi davranmağa meyillidir.
Təəssüf ki, alqoritmlər bu prosesi daha da sürətləndirir. Facebook, Twitter, TikTok və digər platformalar istifadəçilərə, adətən, bəyənəcəkləri, təsdiq edəcəkləri fikirləri daha çox göstərərək, istifadəçilərinin hadisələrə qərəzli və tərəfli baxmaqlarına daha da şərait yaradırlar. Nəticədə insanlar əks fikirlərlə qarşılaşmır, özlərini haqlı, fərqli düşünən "azlığı" (əslində, azlıq deyil, amma onlar çox az belə fikirlə qarşılaşırlar) isə "azğın", "sapmış" hesab edirlər. Bu da radikallaşmanı sürətləndirir.
Maraqlısı budur ki, eyni sosial çevrədə, eyni fikirlərin əhatəsində təkrar-təkrar oxşar fikirlərə məruz qalan fərdlər, zamanla yalnız bu düşüncələr çərçivəsində hərəkət etməyə başlayırlar. Alternativ baxışlara qarşı tolerantlıqları azalır. Nə qədər ironik olsa da, “müasirlik” pərdəsi altında köhnə fanatizmin bu dəfə rəqəmsal, onlayn versiyasını yaşayırlar.
Nəticədə isə sosial şəbəkələr virtual savaş meydanına çevrilir. İnsanlar fərd olaraq yox, hansısa qrupun virtual təmsilçiləri, savaşçıları kimi davranırlar. Doğru düşüncələr yox, daha bərk qışqıranların, daha "yaxşı" təhqir edənlərin "düşüncələri" qalib olur.
“Bizi bu təsirdən yalnız kollektiv şüurlanma xilas edə bilər”
Yusif Nəbiyev cəmiyyət səviyyəsində bir neçə vacib addımın atılmalı olduğunu bildirir. Bunlardan birincisi – təhsildə media savadlılığı fənninin tətbiqidir. Uşaqlara və gənclərə sosial medianın necə işlədiyi, alqoritmlərin nələri necə filtrələdiyi erkən yaşlardan öyrədilməlidir.
İkincisi isə – platformaların etik dizayn yanaşmasına keçid etməsi. Sosial media daha balanslı, daha az asılılıq yaradacaq şəkildə tənzimlənməlidir.
“Biz sosial medianı sadəcə bir alət kimi istifadə etdiyimizi zənn edirik, amma əslində o bizi formalaşdırır. Fikrimizi, emosiyamızı, dünyaya baxışımızı yönləndirir. Bu gücün fərqinə varmadan azadlıqdan danışmaq mümkün deyil.”
Bu müsahibələr bizə bir daha göstərdi ki, sosial media sadəcə "boş vaxt əyləncəsi" deyil. O, zehniyyətlər formalaşdırır, emosiyalar yönləndirir, münasibətləri dəyişir və hətta bizi özümüzdən uzaqlaşdırır. Bu prosesin içində itmək, sıradan bir nəticə deyil – təhlükəli bir haldır.
Amma bu prosesə qarşı yalnız bir yol var: fərqində olmaq. Öz emosiyalarını müşahidə etmək. Fikirlərinin kimdən və haradan qaynaqlandığını sorğulamaq. Və lazım gəldikdə ekrana "yox" deyə bilmək.

Hazırladı: Sevinc Yusifova