SOSİAL MEDİADA 'SAXTA ÖZ' FENOMENİ
Empatv.az olaraq, müasir dövrün ən aktual mövzularından biri-sosial mediada insanların özlərini olduğundan fərqli təqdim etməsi-haqqında Klinik Psixoloq Zəhra xanımla söhbətləşdik. Sosial şəbəkələrdə “ideal mən” obrazı yaratmaq, xüsusilə gənclər arasında getdikcə yayılır. Bu davranışın kökündə hansı psixoloji səbəblər dayanır, uzun müddətdə insan psixikasına necə təsir edir və “saxta öz”dən qurtulmaq mümkündürmü? Bütün bu suallara müsahibəmizdə cavab tapacağıq.
- İnsanlar sosial mediada özlərini real həyatda olduqları kimi yox, olmaq istədikləri kimi təqdim edirlər. Bu davranışın arxasında hansı psixoloji ehtiyaclar dayanır?
- Bu davranışın kökündə özünü təqdimetmə və şəxsiyyətin ideallaşdırılmış təsviri ehtiyacı dayanır. İnsanlar sosial mediada, özlərinə dair daha mükəmməl, daha sevilən və qəbul olunan bir obraz yaratmağa çalışırlar. Çünki onlar uşaqlıqda valideynləri tərəfindən tənqidlə, qəbullanılmamaqla və ya daha mükəmməlliyyətçiliklə böyüdülüblər.Bu insanlarda aid olmaq və bəyənilmək ehtiyacı; Özünü qiymətləndirməni artırmaq; sosial müqayisə nəticəsində yaranan narahatlıqdan qorunmaq;Öz dəyərliliyini sübut etmə ehtiyacı yaradıb.İnsanlar bir like bir təriflə özlərini təsdiq edilmiş və qəbul edilmiş hiss edirlər və bu hiss onları xoşbəxt etdiyi üçün sosial media asıllığı və daha mükəmməl görünüm halı yaradır.Sosial media, insanların gerçək dünyada yaşaya bilmədikləri arzularını vizual və mətn vasitəsilə gerçəkləşdirməyə fürsət verir.
- Sosial mediada "saxta öz" yaratmaq uzun müddətdə insan psixikasına necə təsir edir? Bu davranış özünüdəyərləndirməyə, şəxsiyyətə nə edir?
- Uzun müddətli “saxta öz” yaratmaq psixoloji dissonansa (daxili ziddiyyətə), emosional yüklənməyə, və identiklik böhranına səbəb olur.İnsan zamanla bu rola inanmağa başlayır və gerçək məni ilə əlaqəsini itirə bilər. Həmin insanlarda yersiz özgüvən yaranır.Əgər paylaşımlarına xoş sözlər gəlməzsə və ya bəyəni az olarsa bu şəxslər uşaqlıq travmalarını xatırlayaraq özlərinə qapanma,özgüvən düşüklüyü yaşayırlar.Mən heçnə bacarmıram,məni qəbul etmirlər,məni sevmirlər kimi düşüncədə olurlar. Nəticədə;
-Özünü qiymətləndirmə qeyri sabitləşir
-Özünə inam azalır
-Depressiya və anksiyete riskləri artır
-Daimi təsdiq axtarışı və qorxu ilə müşayiət olunan sosial yorğunluq yaranır.
Klinik olaraq bu hal "özünə yadlaşma" ilə nəticələnə bilər.
- Bəziləri deyir ki, "Hər kəsin bir sosial maskası var". Bu sosial maskalar zərərli sayılır, yoxsa normal inkişaf prosesinin bir hissəsidir?
- Sosial maska(psixoloji termində persona) Carl Jung tərəfindən şəxsiyyətin sosial uyğunlaşma hissəsi kimi izah edilir. Normal həyat prosesində insan müxtəlif sosial rollarda fərqli cəhətlərini təqdim edir. Bu, adaptiv (uyğunlaşma) mexanizmdir və zərərli deyil.
Ancaq bu maska:
Gerçək mənliyi tamamilə ört-basdır edərsə
İnsan özünü daim yalan bir rola məcbur hiss edərsə
O zaman bu artıq disfunksional olur. Bu, şəxsiyyətin parçalanmasına və psixoloji tükənməyə gətirib çıxara bilər.
- Hansı yaş qrupları bu fenomenə daha çox meyllidir? Xüsusilə gənclər niyə bu qədər təsdiq axtarışındadırlar?
- Ən çox təsirlənən qrup gənclər və yeniyetmələrdir 13-25 yaş arası.Bunun səbəbi:
Bu yaşda identiklik formalaşır
Sosial qəbul və aidiyyət güclü ehtiyac halına gəlir
Özünüqiymətləndirmə hələ stabilləşməyib.
Gənclər fərqlənmək və tanınmaq istəyirlər. Bu dövrdə sosial mediada "ideal öz" yaratmaq, qəbul görmək üçün ən güclü vasitə kimi istifadə olunur.
- İnsan sosial mediada gerçək kimliyi ilə necə var ola bilər? 'Saxta öz'dən çıxış yolları nədir və psixoloq kimi nə tövsiyə edirsiniz?
- Gerçək kimliklə sosial mediada var olmaq üçün
Özünüşüur və özünüqəbul səviyyəsini artırmaq,
"Mən kiməm?", "Nə istəyirəm?" və "Nəyə dəyər verirəm?" suallarına cavab tapmaq, daxili dəyərlərə fokuslanmaq, xarici təsdiqdən uzaqlaşmaq, müqayisə etməkdən çəkinmək, “Yetərincə yaxşı” olmağı qəbul etmək
Onlayn və real “mən” arasında balans yaratmaq lazımdır.
Psixoloq kimi ən vacib tövsiyəm isə özünüzə dürüst olun və təqdim etdiyiniz obrazla öz gerçəkliyiniz arasında uyğunluq yaratmağa çalışın. Bu, daha sabit bir psixoloji vəziyyətin və sağlam münasibətlərin
açarıdır.Əgər bu problem uşaqlıq travması ilə bağlıdırsa psixoloq dəstəyi alın.

Hazırladı: Sura Əliyeva