Rəqəmsal tənhalıq
Sizcə,həyatımızdan bir günlüyə də olsa, smartfonları, planşetləri və sosial şəbəkələri çıxarsaq, nə baş verərdi? Bu, ilk baxışdan çox sadə görünən, lakin, əslində, dərin bir sualdır. Çünki cavablar şəxsi təcrübəmizə və peşəmizə görə fərqlənir. Bəzilərimiz üçün bu sualın cavabı sadəcə rahatlıq və dinclik ola bilər, ancaq bəzilərimiz üçün isə bu sualın özü belə narahatlıq yarada bilər. Çünki artıq rəqəmsal aləmə o qədər bağlıyıq ki, özümüzü onsuz təsəvvür edə bilmirik.
Peşəkar etika və rəqəmsal asılılıq
Rəqəmsal dünyada hər kəsin öz yeri və rolu var. Blogerlər və kontent yaradıcıları üçün bu cihazlar sadəcə bir alət deyil, peşələrinin özəyidir. Onlar üçün rəqəmsal mühit iş yeridir və burada aktiv olmaq, yeni kontent yaratmaq onların gündəlik fəaliyyətidir. Bu baxımdan onların həyatından cihazları çıxarmaq peşə fəaliyyətini dayandırmağa bərabərdir.
Ancaq bəzi peşə sahibləri üçün vəziyyət fərqlidir. Məsələn, bir həkim peşəsinin əsas məqsədi xəstəyə yardım etmək və onun sağlamlığını bərpa etməkdir. Bu iş yüksək diqqət, peşəkarlıq və etik dəyərlər tələb edir. Bu gün bəzi həkimlərin əməliyyat zamanı və ya əməliyyatdan dərhal sonra bu barədə sosial mediada paylaşım etməsi bir növ peşəkar etikaya zidd hesab olunur. Əlbəttə, uğurlu bir əməliyyatın nəticəsini ictimaiyyətlə bölüşmək, peşəkar uğurları tanıtmaq normaldır, lakin bu, xəstənin şəxsi həyatına və həssas vəziyyətinə hörmətlə yanaşıb, peşəkar çərçivədə aparılmalıdır. Əks halda, bu cür davranışlar həkimin diqqətinin dağılmasına səbəb ola bilər və bu, xəstənin təhlükəsizliyi üçün risk yaradır.
Rəqəmsal tənhalıq və həqiqi həyat
Həyatımızdan cihazları çıxarsaq, bu bizə real dünya ilə yenidən əlaqə qurmaq imkanı verər. Sosial mediada minlərlə "dostumuz" ola bilər, amma bu "dostlar" bizi tənhalıqdan qoruya bilmir. Əksinə, sosial mediada gördüyümüz ideal həyatlar bizim öz həyatımızla müqayisə olunur və bu, bəzən bizdə bədbinlik və özünəqapanma hissi yaradır.
Rəqəmsal detoks bizi hər şeyi "sənədləşdirmək" və paylaşmaq təzyiqindən azad edərdi. Bir anlıq telefonumuzu kənara qoyub, sadəcə ətrafımıza baxsaq, daha çox şeyin fərqinə vararıq. Belə bir gün bizi tələskənlikdən uzaqlaşdırar, ailəmizlə, dostlarımızla keyfiyyətli vaxt keçirməyə imkan yaradar və həqiqi ünsiyyətin dəyərini xatırladar.
Rəqəmsal cihazlar həyatımızı asanlaşdıran möcüzəli alətlərdir, lakin onlardan asılı vəziyyətə düşmək bizim üçün ciddi problemlər yarada bilər. Rəqəmsal dünya ilə real həyat arasında düzgün tarazlıq yaratmaq çox vacibdir. Hər birimiz peşəmizdən və şəxsi həyatımızdan asılı olmayaraq, vaxtaşırı özümüzə "rəqəmsal detoks" verməli və əsl həyatın sadəcə ekrandan ibarət olmadığını anlamalıyıq.

Mirzəzadə