Aygün Ağabalayevanın EmpaTV-yə verdiyi müsahibə
Hər gün onlarla insanın daxili dünyasına işıq salan bir psixoloq. Onun üçün dinləmək həm peşə, həm də həyat tərzidir. Amma bu dəfə o dinləyən yox, danışan oldu. Aygün Ağabalayeva – cəmiyyətin tanıdığı psixoloq, amma bizim tanımaq istədiyimiz Aygün xanım. Uşaq yaşlarından formalaşan maraq, illər boyu qarşılaşılan çətinliklər, şəxsi ilə peşə kimliyi arasında qurulan körpülər və gələcəyə dair planlar. Bu söhbətdə biz də empatv.az saytının müxbirləri olaraq yalnız bir mütəxəssislə deyil, həm də həyatın içindən keçmiş bir insanla qarşılaşdıq.
-Aygün Ağabalıyevanı biz psixoloq kimi tanıyırıq. Bəs siz özünüzü necə təqdim edərdiniz?
-Aygün Ağabalayeva – həm psixoloq, həm də bir anadır. Həyatı sevən, daim öyrənməyə can atan və bildiklərini başqaları ilə bölüşməkdən çəkinməyən bir insanam. Mənim üçün inkişaf və paylaşmaq həyatın ayrılmaz parçalarıdır.
-Psixoloji çətinliklərlə qarşılaşdığınızda pasiyentlərinizə verdiyiniz tövsiyələri özünüzə tətbiq edə bilirsinizmi?
-Təbii ki, artıq 20 ildən çoxdur ki, bu sahədəyəm və bu illər ərzində topladığım təcrübə mənə çox kömək olub. Hər bir insanın həyatında müəyyən çətinliklər, gərginliklər olur və mən də istisna deyiləm. Elə mərhələlər olur ki, psixoloq kimi deyil, sadəcə bir insan kimi hiss edirsən. Amma bu anlarda belə, peşə kimliyimi heç vaxt unutmuram. Hətta deyərdim ki, həmin çətinlik anlarda özümə verdiyim dəstək, pasiyentlərimə verdiyim tövsiyələrə əsaslanır. Bu tövsiyələri öz həyatımda tətbiq etmək mənə rahatlıq verir və daha balanslı qalmağımı təmin edir.
-“Aygün xanım” kimliyinizlə “Psixoloq” kimliyiniz arasında kəskin fərq varmı?
-Əgər bu sual mənə 10 il əvvəl verilsəydi, bəlkə müəyyən qədər fərq olduğunu deyərdim. Amma bu gün desəm, demək olar ki, aralarında böyük bir fərq yoxdur. Artıq bu iki kimlik bir-birinə o qədər inteqrasiya olub ki, gündəlik həyatımda da, peşə fəaliyyətimdə də özümü bir bütöv kimi hiss edirəm.
-Hazırda cəmiyyətə bir psixoloq kimi nə qədər fayda verdiyinizi düşünürsünüz və gələcək üçün hansı planlarınız var?
-Ümumiyyətlə, insanları dinləməyi bacarmaq, onlara empatiya ilə yanaşmaq, ehtiyac duyulduğu anda dəstək göstərmək bizim sahənin əsas istiqamətlərindən biridir. Bu, çox önəmlidir və illərdir bu prinsiplərlə çalışıram. Düzdür, heç vaxt bunu paylaşmıram, amma telefonumda elə ailələr var ki, bir vaxtlar boşanma ərəfəsində idilər, indi isə barışıblar, uşaqları dünyaya gəlib. Xanım və ya bəy zəng edib deyir ki, “Aygün xanım, baxın, oğlumuzun artıq 5 yaşı var”, “qızımız böyüyür”, “nə yaxşı ki, ailəmiz dağılmadı”. Bu sözləri eşitmək, o ailələrin həyatında müsbət dəyişikliklərin bir parçası olmaq insanı həqiqətən çox sevindirir.
Mən həmişə tələbələrimə də deyirəm: əsas odur ki, heç kimə zərər verməyin. Əgər yaxşılıq etməyi bacarmırsınızsa, ən azından zərər verməməyə çalışın. Psixoloq hər şeyi bacaran biri deyil, amma bizim sahəmiz insanlara düzgün zamanda, doğru şəkildə dəstək göstərməyi tələb edir.
İnsanların ehtiyac duyduğu anda onların yanında olmaq, onların həyatında baş verən müsbət dəyişiklikləri görmək – bu insana həm motivasiya verir, həm də həyat eşqini artırır. Elə mənim sənətimə olan sevgimi və bağlılığımı da bu hisslər gücləndirir.
-Psixologiya sahəsində fəaliyyətə başladığınızda ən çox qarşılaşdığınız çətinliklər nələr idi və bunları necə dəfv etdiniz?
-Bəli, çətinliklər olub. Mən ümumiyyətlə məktəbdə və magistraturada rus bölməsində təhsil almışam. Bu səbəbdən də bəzən müəyyən terminləri Azərbaycan dilinə uyğunlaşdırmaqda çətinlik yaşanırdı. Çünki o dövrdə bizim sahəyə dair Azərbaycan dilində ədəbiyyat çox az idi. Düzdür, mən rus bölməsində oxuduğum üçün bu mənim üçün bir qədər rahat idi, amma ümumilikdə bəzi çətinliklər var idi.
Digər bir çətinlik isə insanların bu sahəyə yanaşması ilə bağlı idi. Məsələn, əvvəllər çox adam psixoloqa müraciət etməyə çəkinirdi. Belə bir yanaşma var idi ki, “mən dəli deyiləm ki, məni psixoloqa göndərirsiniz?” Yəni insanlar bu sahəyə bir qədər tərəddüdlə, qorxu ilə yanaşırdılar.
Amma zaman keçdikcə bu münasibət dəyişdi. İndi ailələr, cütlüklər, fərdi şəkildə müraciət edənlər daha rahat şəkildə, ehtiyac duyduqları anda psixoloqa üz tuturlar. Bu da bizi sevindirir, çünki həm işimizə dəyər verildiyini görürük, həm də nəticələr daha təsirli olur.
Ümumiyyətlə, insan hər hansı sahəyə ürəklə, səmimi və peşəkar yanaşanda, özünü verəndə nəticəsini də görür. Bu da bizdə ixtisasımıza olan marağı və sevgini daha da artırır.
-Psixologiyaya olan marağınız hansı yaşda başladı və bu sahənin sizin üçün nə qədər əhəmiyyətli olduğunu düşünürsünüz?
-Əslində, əvvəllər psixoloq olmaq kimi bir fikrim yox idi. Mən hüquqşünas olmaq istəyirdim. Düşünürdüm ki, yaxşı bir hüquqşünas olmaq üçün insan psixologiyasını bilmək vacibdir. 8-11-ci siniflərdə oxuyarkən Rusiyaya məxsus jurnallarda psixologiyaya dair bölmələr olurdu. Onları maraqla oxuyurdum, seçib saxlayırdım.
Zaman keçdikcə insanın düşüncələri, yanaşmaları dəyişir. Atam sağlığında mənə deyirdi ki, “elə bir sahə seç ki, işləyə biləsən”. Hüquq sahəsinin bir qadın üçün çətinlikləri ola biləcəyini düşünürdü. Bu sözləri də ixtisas seçimimdə təsirli oldu.
Qəbul zamanı birinci olaraq psixologiya ixtisasını yazdım. Hətta yaxşı yadımdadır, bir abituriyent vardı, ona da bacardığım qədər kömək etmişdim. Aramızda 10 ballıq fərq var idi – o hüquqa düşdü, mən isə psixologiyaya. Amma bu gün bu yolda olduğuma görə heç peşman deyiləm.
Magistraturanı hüquq psixologiyası üzrə fərqlənmə ilə bitirdim. Bu gün isə insanların yanında olub onlara dəstək göstərmək, onların üzündəki sevinci və dəyişimi görmək məni çox xoşbəxt edir. Düşünürəm ki, mən bu sahədə öz yerimdəyəm.
Aygün xanım ilə söhbətimiz zamanı onun təkcə psixoloq yox, həm də dinləyən, anlayan və paylaşan bir insan olduğunu hiss etdik. Onun söhbəti, yanaşması və səmimiyyəti bir daha göstərdi ki, bu sahədə işləmək üçün yalnız bilik deyil, həm də böyük bir ürək və məsuliyyət hissi lazımdır.
Hazırladı:
Müxbir- Xumar Emilqızı
Müxbir- Sura Əliyeva