Psixoloji Test: Hansı Portret Sizdə Qorxu Yaradır?

Psixoloji Test: Hansı Portret Sizdə Qorxu Yaradır?


Şəxsiyyətinizin dərinliklərinə enməyinizə kömək edəcək bu test Leopold Szondi tərəfindən hazırlanıb. Testin tətbiqi çox sadədir. Yuxarıdakı 8 şəxsin fotosuna baxın və görünüşü sizdə ikrah və qorxu oyatdığı üçün qaranlıqda qarşılaşmaq istəmədiyiniz birini seçin. Daha sonra aşağıya enərək seçdiyiniz şəxsin nömrəsinə uyğun nəticəni oxuyun.

Qeyd: Bu test sizdə hər hansı bir psixi xəstəlik olduğunu göstərmir, sadəcə basdırılmış şəxsiyyətiniz barədə ehtimal irəli sürür.

Hər bir xarakter analizinin izahı 2 mərhələdən ibarətdir:

Bastırılmış hissə – psixoanaliz məntiqinə görə sahib olduğumuz ən vacib müdafiə mexanizmidir. Bu, həm də narahatlıq doğuran düşüncə və arzularımızı əks etdirən ən əsas funksiyadır.

İnkar hissəsi – istənilən davranış modelinin tam əksini qəbul edərək, ən dərin düşüncələrimizi qəti şəkildə rədd etdiyimiz zehni bir prosesdir.


Hazırsınızsa, bir az aşağı enərək seçdiyiniz fotonun nömrəsinə uyğun nəticəni oxuya bilərsiniz.

1) Avtoritar

Bastırılmış (Repressiya):
Siz “təziq edən müəllim” portretini seçmisiniz. Bu seçim, şüuraltınızda basdırılmış aqressivlik və alçaldıcı davranış meyillərinin ola biləcəyini göstərir. Ola bilsin ki, uşaqlıq illərinizdə davranışlarınızda avtoritarlıq, hökmranlıq ehtiyacı və sərtlik kimi təcrübələriniz olub.

İnkar:
Xaricdən tamamilə zərərsiz və başqalarına kömək etməyə daim hazır olan sakit, barışcıl bir insan təsiri bağışlayırsınız. Ancaq iş mühitində rəhbərləriniz sizi idarə etməkdə çətinlik çəkə bilərlər. Çünki bir işi görmək istəmədikdə, özünüz üçün baryerlər qurursunuz (məsələn, işə gecikirsiniz və ya bütün günü asıq sifətlə keçirirsiniz). Münasibətlərdə və mübahisələrdə isə özünüzü açıq qarşıdurma ilə deyil, passiv müqavimətlə müdafiə edir və buna davam edirsiniz.

2) Epileptik

Bastırılmış (Repressiya):
Əgər bu iri cüssəli, yumru başlı adam sizdə ikrah və qorxu oyadıbsa, ola bilsin ki, uşaqlığınızın erkən dövrlərində bəzi hisslərinizi basdırmısınız. Siz əsəb, düşünmədən hərəkət etmək, ani qəzəb partlayışları kimi davranışlara tanış ola bilərsiniz.

İnkar:
Sakit və mehriban təbiətinizlə ətrafdakılara məsuliyyətli və özünü idarə edə bilən bir insan təsiri bağışlayırsınız. Hisslərinizdə sabitlik göstərirsiniz və insanlarla, ideyalarla, hətta əşyalarla belə asanlıqla əlaqə qura bilirsiniz.

3) Katatonik

Bastırılmış (Repressiya):
Bu tip şəxsiyyətlər adətən həddindən artıq təxəyyülə malik, bir az da qaranlıq düşüncələrə meylli olurlar. Əgər bu qarışıq, bir qədər səliqəsiz görünümlü, amma gülümsəyən adam sizdə mənfi təəssürat yaradıbsa, deməli beyninizin hiperaktiv hissəsini basdırmış ola bilərsiniz.

İnkar:
Siz çox vaxt eynitipli davranışlara üstünlük verirsiniz. Yeniliklər və dəyişikliklərdən xoşlanmırsınız. Müxtəlif vəziyyətlərə uyğunlaşmaqda çətinlik çəkən, çəkingən və utancaq bir xarakterə sahib ola bilərsiniz. Ən böyük qorxunuz isə özünüzə nəzarəti itirməkdir.

4) Şizofrenik

Bastırılmış (Repressiya):
Şizofrenik şəxsiyyətlər dərin laqeydlik, düşüncə pozuntuları və uyğun gəlməyən emosiyalarla xarakterizə olunur. Əgər bu ruhsuz və ifadəsiz qadın portreti sizdə qorxu və narahatlıq yaradıbsa, ola bilsin ki, uşaqlığınızda insanlara qarşı biganəlik, hadisələrdən və vəziyyətlərdən tez imtina etmə kimi hisslərinizi basdırmısınız.

İnkar:
Xaricdən olduqca ünsiyyətcil və sosial görünürsünüz. Dostlarınızla vaxt keçirməkdən, insanlarla ünsiyyətdən zövq alırsınız. Lakin bu sosiallıq əslində sizin üçün bir maskadır – iç dünyanızda daim yalnızlıq hissi ilə yaşayan, cəmiyyətə bir qədər yadlaşmış ola bilərsiniz. Münasibətləriniz səthi və bir qədər süni görünə bilər. Şüurunuzun dərinliklərində isə başqalarına ehtiyacınız olmadığını və onlarsız da yaşaya biləcəyinizi hiss edirsiniz.

5) İsterik

Bastırılmış (Repressiya):
İsterik insanların bəzi xüsusiyyətləri səthi davranış, qeyri-sabit emosiyalar və narsisizmdir. Əgər bu qadının portreti sizdə qorxu və narahatlıq yaradıbsa, bu, diqqət mərkəzində olmaq və bəyənilmək arzunuzu şüuraltınızda basdırmağınızdan qaynaqlana bilər.

İnkar:
Xaricdən içə qapanıq və təvazökar bir insan təsiri bağışlayırsınız. Amma əslində, başqalarını təsirləndirmək və cəlb etmək istəyiniz ola bilər. Geyiminizə və davranışlarınıza xüsusi diqqət yetirirsiniz. Məsələn, hər zaman zərif və şık geyinməyə çalışır, libaslarınızı aksesuarlarla tamamlayaraq insanların diqqətini çəkməyə meyil göstərirsiniz.
*Belə insanlar çox vaxt nadir və ya bir qədər qeyri-adi hobbilər və məşğuliyyətlər seçirlər.

6) Depressiv

Bastırılmış (Repressiya):
Özünə hörmətin azlığı, aşağılıq kompleksi və günahkarlıq hissi depressiyanın əsas simptomlarıdır. Əgər bu zərərsiz görünümlü qadın sizdə narahatlıq yaradıbsa, bu, əslində həmin hisslərin (özünə inamsızlıq, dəyərsizlik və günahkarlıq) sizdə basdırıldığını göstərir.

İnkar:
Siz açıqürəkli və qayğısız görünə bilərsiniz. Hər zaman enerjili, özünə güvənən və nikbin bir insan təsiri bağışlayırsınız. Lakin bəzən kefiniz pozulur, xroniki depressiya və melanxoliya əlamətləri hiss edə bilirsiniz. Belə hallarda daha şübhəli, əsəbi və üzgün birinə çevrilirsiniz.
*Belə insanlar çox vaxt öz depressiv meyllərini gizlətmək üçün ətrafdakılara “psixoloq” rolunda çıxış edir, başqalarının dərdlərini dinləyərək həll yolları tapmağa çalışırlar.

7) Maniak

Bastırılmış (Repressiya):
Maniak tipli insanların əsas xüsusiyyətləri ekstroversiya, həddindən artıq emosional reaksiyalar və şişirdilmiş duyğularla özünü göstərir. Əgər bu mehriban görünümlü üz sizdə ikrah oyadıbsa, bu, içərinizdə basdırılmış, idarə olunmasa sizi çılğınlığa qədər aparacaq bir coşqunun olduğunu göstərə bilər.

İnkar:
Siz davranışlarınızla heç vaxt insanları qıcıqlandırmaq istəmirsiniz. Gürültü və ifrat hərəkətlərdən xoşlanmırsınız. Təhlükəsizlik, ehtiyat və ölçülülük nümunəsisiniz. Məntiqli və qənaətcil yanaşaraq davranışlarınızı tam şəkildə idarə edə bilirsiniz.

8) Kimlik Qarışıqlığı

Bastırılmış (Repressiya):
Bu tip şəxsiyyət “başqası kimi yaşamaq və elə də qəbul edilmək istəyi” ilə xarakterizə olunur. Əgər bu gənc oğlan sənə təhlükəli və uyğunsuz göründüsə, deməli, uşaq yaşlarında kimlik problemi yaşamış və bunu bastırmış ola bilərsən.

İnkar:
Əgər inkar mexanizmi işə düşürsə, öz kimliyini qəbul edirsən. Bu halda davranışların və görünüşün qəbul etdiyin kimliyi şişirtməyə qədər gedib çıxa bilər. Əgər kişisənsə, sərt və maço üslub sərgiləyirsən. Əgər qadınsan, cazibədar görünməyə çalışıb daim qarşı cinslə flört edən birinə çevrilə bilərsən.
Top