Şüuraltı testi

Şüuraltı testi


Başlamazdan əvvəl kiçik bir xatırlatma edək:

●Ağlınıza gələn ilk şeyi deyin.

●Cavabları təxmin etməyə çalışmayın.

●Özünüzlə dürüst olun.

1) İllərdir heç kimin ayaq basmadığı köhnə binadasınız və yerin altına enən bir pilləkən kəşf edirsiniz. Düşməyə başlayırsız. Bir... iki... üç... Neçə pillə aşağı düşdünüz?

2) Sonra qaranlıqda kiminsə səsini eşidirsiz. Bu adam sakitcə ağlayır?
Sizinlə danışır və ya qışqırır?

3)Bu adamın səsini eşidəndə necə reaksiya verirsiniz? Səsin mənbəyini tapmağa çalışırsınız? İlk instinktiniz arxaya belə baxmadan yuxarı qalxıb və qaçmaqdır? Yoxsa qorxudan yerində donub qaldınız?

4)Aşağıdakı adam indi sizi adınızla çağırır və yuxarıdakı qapıdan gələn işıqda kiminsə endiyini görürsünüz. Kim düşür? (Tanıdığınız birini seçin.)

Nəticələr:

Pilləkən pillələri → Psixoloji yaraların dərinliyi

Az pillə: Keçmişdən çox az təsirlənirsiz.

Çox pillə: İçinizdə dərin yaralar var.

Qaranlıqdakı səslər → Dərdinizi necə yaşayırsınız.

Ağlamaq: Dəstək alaraq öhtəsindən gəlirsiz.

Qışqırıq: Öz içində yaşayırsız.

Öz səsin: Ağrıların sizə güc verir.

Səslərə cavabınız → Sizin mübarizə tərziniz.

Mənbəyə getmək: Siz qarşıdurmanı seçirsiniz.

Qaçmaq: Görməməzliyə vurma meyli.

Donub qalmaq: Həll olunmamış problemlər hələ də sizə mane olur.

Pilləkənlərin başında duran şəxs → Çətin zamanlarda arxalana biləcəyin biri,daxilinizdəki şəfanın açarı.

Bəlkə qapını açıb günəşi içəri dəvət etməyin vaxtıdır.
Top