Psixoloqa getsən, hansı kresloda oturardın?

Psixoloqa getsən, hansı kresloda oturardın?


Hər kreslo insanın seçim meylini, daxili dünyasındakı ruh halını təmsil edir.

 1 Nömrə - Qara Dəri, Rahatladıcı Kreslo (Arxası açılan, ayaqaltılı)

 "Nəzarəti buraxmaq istəyən, amma buraxa bilməyən biri..."

Bu kreslonu seçmisənsə, dərin bir yorğunluq içində ola bilərsən. Daim güclü görünmək məcburiyyətində qalmısan və artıq rahatlamağa, özünü buraxmağa ehtiyac duyursan. Amma zehnin hələ də "vəzifədədir". Özünü güvənli hiss etdikdə divarlarını endirirsən. Bu kreslo, daxili təslim olma və dincəlmə ehtiyacını əks etdirir.

2 Nömrə - Açıq Rəngli, Klassik Kreslo

"Rahatlıq zonasına sığınan, amma sual verməyi də sevən biri..."

Bu kreslonu seçənlər adətən balanslı, nizamlı və təhlükəsizlik axtaran insanlardır. Lakin bu nizamın altında çoxlu suallar və basdırılmış duyğular ola bilər. Həyatını sorğulayırsan, amma "tanış olan"dan çox da uzaqlaşmaq istəmirsən. Uyumlu görünsən də, daxilində həll olunmamış hisslər və güclü bir maraq daşıyırsan.

3 Nömrə - Yaşıl Vintage Düyməli Kreslo

 "Çöldən güclü, içəridən həssas bir ruh..."

Bu kreslo xarakterli, diqqətçəkən və bir qədər nostaljikdir. Seçimin, özünü xüsusi hiss etmə ehtiyacını və nostaljik tərəfini əks etdirir. Başqalarının gözündə dərin biri kimi görünmək İstəyirsən. Eyni zamanda duyğularını zərif şəkildə ifadə etməyi sevirsən. Tək qalmaq sənin üçün qorxulu deyil - əksinə, sağaldıcıdır.

4 Nömrə - Arxasız, Düz Oturacaq

"Tetikdə olan, diqqətli və tam mənasıyla 'burada' olan bir zehin..."

Bu kreslonu seçmisənsə, böyük ehtimalla terapiyaya temkinlə yanaşırsan. Nəzarətin səndə qalmasını istəyirsən. Analiz edən tərəf olmağa üstünlük verirsən. Hətta oturuşunla belə "hazıram, amma diqqətliyəm" mesajı verirsən. Güvən formalaşdıqdan sonra isə güclü sezgilərini paylaşan birinə çevrilirsən.

5 Nömrə - Tünd Qəhvəyi Dəri Kreslo

"Dərin, ciddi, amma yumşaq bir daxili dünya..."

Bu kreslonu seçənlər adətən dərindən düşünən, möhkəm duruşlu və asan açılmayan insanlardır. Duyğularını basdırmaq yox, onları anlamaq istəyirsən. Güclü xarakterə sahibsən, amma daxilində birinin səni həqiqətən anlamasını arzulayırsan.Bu kreslo, səni emosional olaraq daşıya biləcək bir sahəni simvolizə edir.
Top