2-8 fevral : Bu Həftənin Astroloji Gözləntiləri

2-8 fevral : Bu Həftənin Astroloji Gözləntiləri


Qoç

Bu həftə sosial mühitdə baş verən hadisələr sizi daha dərindən düşünməyə sövq edəcək. Dostlarınızdan biri ilə bağlı müəyyən məsələyə aydınlıq gətirməyə ehtiyac yaranacaq. Tələsik davranmasanız, vəziyyət sizin xeyrinizə yönələ bilər. Çünki ani verilən qərarlar hər iki tərəf üçün çətinlik yarada bilər.

Buğa

2–8 fevral tarixlərində iş və məsuliyyətlə bağlı mövzular daha ciddi önəm daşıyacaq. Gözlənilmədən ortaya çıxan tapşırıqlar planlarınıza təsir göstərə bilər. Maliyyə məsələlərində diqqətli olmaq vacibdir. Bu həftə lazımsız xərclərdən çəkinməyiniz tövsiyə olunur.

Əkizlər

Bu həftə qarşılaşacağınız yeni məlumatlar və fərqli baxış bucaqları sizi düşünməyə vadar edəcək. Təhsil, rəsmi sənədlər və ya uzaq gələcəklə bağlı planlar gündəmdə ola bilər. Eşitdiyiniz hər fikrə dərhal inanmaq düzgün deyil. Təəssüf ki, Əkizlər bürcü bu mövzuda tez-tez tələsir. Məhz bu dövrdə daha diqqətli və seçici davranmaq vacibdir.

Xərçəng

Bu həftə maliyyə və şəxsi öhdəliklər daha çox diqqət mərkəzində olacaq. Paylaşım və etibarla bağlı mövzularda qərar vermək zərurəti yarana bilər. Hadisələrə emosional deyil, soyuqqanlı yanaşsanız, mümkün risklər azalacaq.

Şir

Bu həftə münasibətlərdə daha fərqli və anlayışlı yanaşma vacib olacaq. Qarşı tərəfin baxış bucağı sizi gözlənilmədən təəccübləndirə bilər. İnad göstərməkdənsə, dialoqa üstünlük versəniz, məsələni daha rahat həll edə bilərsiniz. İnanın ki, bu yol sizi daha müsbət nəticəyə aparacaq.

Qız

Qızlar üçün bu həftə gündəlik iş qrafiki və öhdəliklər daha da artacaq. Xırda detallara laqeyd yanaşsanız, kiçik çətinliklər zamanla çoxala bilər. Sağlamlıqla bağlı verilən işarələri nəzərdən qaçırmamaq isə xüsusilə önəmlidir.

Tərəzi

Bu həftə şəxsi arzularınızla üzərinizdəki məsuliyyətlər arasında seçim etmək məcburiyyətində qala bilərsiniz. Yaradıcılıq və özünü ifadə etmə mövzuları daha çox diqqət çəkəcək. Bu dövrdə riskli qərarlardan uzaq durmaq daha məqsədəuyğundur.

Əqrəb

Ev və ailə ilə bağlı mövzular bu həftə daha çox diqqət tələb edəcək. Keçmişdən qalan, tam həll olunmamış bir məsələ yenidən gündəmə çıxa bilər. Səbirli və anlayışlı yanaşma vəziyyəti daha yüngül edəcək. Problemləri içinizdə saxlamaq əvəzinə, insanlarla danışaraq çözüm tapmağa çalışmaq tövsiyə olunur.

Oxatan

Bu həftə ünsiyyət və aktivlik daha da artacaq. Gözlənilmədən baş verən bir görüş və ya alınan xəbər planlarınıza təsir göstərə bilər. Düşünülmədən deyilən sözlər sonradan çətinlik yarada bilər. Bu səbəbdən ifadələrinizdə diqqətli olmağınız vacibdir.

Oğlaq

Bu dövrdə maliyyə məsələləri və şəxsi dəyərlər daha çox diqqət mərkəzində olacaq. Xərclərlə bağlı qərarları tələsik vermək risk yarada bilər. Hadisələrə praktik və rasional yanaşma sizin üçün daha faydalıdır. Münasibətlərdə isə, təəssüf ki, ciddi dəyişikliklər gözlənilmir.

Dolça

Günəş hələ də sizin bürcünüzdədir və bu, diqqətinizi cəlb edir. Yeni ideyalar və təşəbbüslər üçün fürsətlər yarana bilər. Lakin hər planı dərhal reallaşdırmaq lazım deyil – hər şeyi diqqətlə ölçüb-biçmək tövsiyə olunur

Balıqlar

Bu həftə bir az geri çəkilib düşünməyə ehtiyac duyacaqsınız. Gözə çarpmayan və ya gizli qalan mövzular diqqətinizi çəkə bilər. Həftənin sonuna doğru isə daxili sakitlik və rahatlıq hiss edəcəksiniz.
Top