Bu həftə bürcləri nələr gözləyir? (9–15 fevral)

Bu həftə bürcləri nələr gözləyir? (9–15 fevral)


Qoç
Bu həftə səni aktivliyə sövq edir. Yeni ideyalar ortaya çıxsa da, səbrli davranmaq vacibdir. Tələskən qərarlar risk yarada bilər. Sənəd və müqavilələrlə bağlı mövzularda diqqətli ol. Emosiyalar arta, mübahisə ehtimalı yüksələ bilər.

Buğa
Sabitliyə can atsan da, dəyişiklik qaçılmaz görünür. Şərtlərə uyğunlaşsan, nəticə sənin xeyrinə olacaq. Maddi məsələlərdə fürsətlər yarana bilər. Keçmişdən bir mövzu və ya şəxs yenidən gündəmə gələ bilər.

Əkizlər
Ünsiyyətin və hərəkətin bol olduğu bir həftədir. Görüşlər, danışıqlar və təqdimatlar üçün münasib zamandır. Xəbərlər və yeni məlumatlar gündəmini zənginləşdirə bilər.

Xərçəng
Duyğuların ön planda olduğu bir dövrdür. Özünü həddindən artıq yükləməməyə çalış. Arxa planda qalan bəzi məsələlər yenidən diqqət mərkəzinə gələ bilər. Həssaslıq və qısqanclıq arta bilər.

Şir
Diqqət mərkəzində olacağın bir həftədir. Liderlik, rəhbərlik və özünü göstərmək üçün əlverişli şərait formalaşır. Romantik sahədə xoş sürprizlər mümkündür.

Qız
Planlama və analiz üçün uyğun zamandır. İş həyatında zəhmətin dəyərləndirilə bilər. Ancaq özünü həddən artıq yormamağa çalış. Duyğuları ifadə etməkdə çətinlik yaşaya bilərsən.

Tərəzi
Münasibətlər və tarazlıq mövzusu ön plana çıxır. Ortaq işlərdə razılıq əldə etmək mümkündür. Ciddi və vacib söhbətlər üçün münasib bir dövrdür.

Əqrəb
Daxili dəyişikliklər və güclü emosiyalar hiss ediləcək. Gizli qalan bəzi imkanlar üzə çıxa bilər. İntuisiya bu həftə sənə yol göstərəcək.

Oxatan
Hərəkət, öyrənmə və gələcək planları qurmaq üçün əlverişli zamandır. Yeni layihələr və ideyalar gündəmə gələ bilər. Uzaq məsafəli əlaqələr aktivləşə bilər.

Oğlaq
Məsuliyyətlərin artsa da, gördüyün işlərin nəticəsi sənə fayda verəcək. Karyera ilə bağlı mühüm qərarlar gündəmə gələ bilər. Səbirli və planlı ol.

Dolça
Yeniliklər və fərqli yanaşmalar ön plandadır. Kreativ ideyalar uğur gətirə bilər. Gözlənilməz bir tanışlıq həyatına rəng qata bilər.

Balıqlar
İntuisiya güclənir, daxili səsinə güvənmək faydalı olacaq. Yaradıcılıq tələb edən işlərdə uğur mümkündür. Romantik və emosional yaxınlıq arta bilər.
Top