DOVŞAN İLİ — SAKİTLİK VƏ MƏRHƏMƏT İLİ
Dovşan ili, Çin Bürcünün 12 illik dövrünün dördüncü heyvanı olaraq tanınır. Bu bürcə aid insanlar zərif, anlayışlı və sakitlik sevən xasiyyətləri ilə fərqlənirlər. Əgər Çin təqviminə əsasən Dovşan ilində dünyaya gəlmisinizsə, sizin üçün səmimilik və rahat mühit böyük önəm daşıyır. Dovşan ilində doğulanlar qarşıdurmadan uzaq durur, problemləri isə dialoq və qarşılıqlı anlaşma yolu ilə həll etməyə üstünlük verirlər. Onlar ailə bağlarına, ev sevgisinə xüsusi dəyər verirlər. Ev onlar üçün güvən və rahatlıq məkanıdır, buna görə də daha sakit, sabit bir həyat tərzini seçirlər. Ailəsini qorumaq və onlara dəyər göstərmək Dovşan ilində doğulanların əsas xüsusiyyətlərindəndir.
Dovşan ili qadını tək qalmağı xoşlamayan, zərif və mülayim davranışları ilə diqqət çəkən bir xarakterə sahibdir. Onun emosional dünyası zəngindir və hisslərini gizlətməkdə çətinlik çəkir; duyğuları bəzən çox sürətlə dəyişə bilər. Bu bürcün qadını ilə ailə qurmaq adətən harmonik və xoş bir evlilik gətirir. O, evinə bağlıdır, səliqəli və qayğıkeş ev sahibəsidir. Ərinə və ailəsinə sədaqətli olan Dovşan qadını, övladlarına qarşı da son dərəcə şəfqətli və diqqətlidir. Zərifliyi, yüksək mədəniyyəti, ağıllı yanaşması və uşaqlara olan dərin sevgisi ilə ideal həyat yoldaşı obrazını tam əks etdirir.
Dovşan ili kişisi incəruhlu, ağıllı, pratik düşüncəli və ünsiyyətcil xarakteri ilə seçilir. Zərif görünüşü və şık geyim tərzi ilə diqqət çəksə də, özünə qarşı bəzən yetərincə inamlı olmaya bilər. O, ətrafındakı insanlarla uyğun münasibətlər qurmağa çalışır və harmoniyanı qorumağı sevir. Güclü intuisiya qabiliyyəti ona bir çox situasiyada düzgün yol seçməyə imkan verir. Ədalət hissi isə olduqca inkişaf edib — cəmiyyətdə, iş həyatında və dost çevrəsində davranışlarında hər zaman diqqətli və ölçülüdür.
İllər: 1915, 1927, 1939, 1951, 1963, 1975, 1987, 1999, 2011, 2023, 2035, 2047
Xüsusiyyətləri: Sadiq, mədəni, həssas, utancaq, ağıllı, ehtiyatlı, diplomatik.
Ən yaxşı uyğunlaşdığı: Qoyun, Donuz, İt
Uyğunlaşmadığı: Siçan, Əjdaha
Rəngi: Yaşıl – Narıncı
Şanslı nömrəsi: 4
Ayı: Mart
Mövsümü: Bahar
Elementi: Ağac
Planeti: Yupiter
Bürc qarşılığı: Buğa
Dovşan İlinin Sirli Dünyası