Qala-Pirallahı yolunda mikroavtobus qəzaya düşüb, 3 nəfər xəsarət alıb

Qala-Pirallahı yolunda mikroavtobus qəzaya düşüb, 3 nəfər xəsarət alıb


Paytaxtın Xəzər rayonunda yol qəzası baş verib.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi (DYP) İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi polis kapitanı Toğrul Nəsirli bildirib ki, bu gün səhər saatlarında rayonun Qala-Pirallahı yolu ərazisində "Hyundai" markalı avtomobillə "Mercedes" markalı mikroavtobus toqquşub. Nəticədə 3 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.
Top