Bakıda minik maşını piyadanı vurub

Bakıda minik maşını piyadanı vurub


Paytaxtın Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Empatv.az xəbər verir ki, yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçmək istəyən 30 yaşlı piyadanı “Toyota” markalı avtomobil vurub.

Hadisə nəticəsində piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Polis və təcili yardım əməkdaşları dərhal hadisə yerinə cəlb olunub.

Xəsarət alan şəxs təcili yardım vasitəsilə xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır.
Top