ATƏT-in Daimi Şurası Ukraynaya dair növbədənkənar iclasını çağırıb
Finlandiya Ukraynanın xahişi ilə sentyabrın 9-da ATƏT-in Daimi Şurasının növbədənkənar iclasını çağırıb.
Empatv.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa X sosial şəbəkəsində yazıb.
"Biz bütün beynəlxalq forumlarda Rusiyaya beynəlxalq təzyiqləri artırmaq üçün fəal işləyirik", - deyə Sibiqa bildirib.
Nazirin sözlərinə görə, bu görüş Rusiyanın son zamanlar çoxsaylı mülki əhalinin tələfatına və dağıntılarına səbəb olan kütləvi hücumlarına cavab olacaq.