Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var


Lənkəranda qonşular arasında dava bir nəfərin xəsarət alması ilə nəticələnib.

Empatv.az əldə etdiyi məlumata görə, hadisə rayonun Türkəkəran kəndində qeydə alınıb. Qonşular arasında yaranan mübahisə zamanı kənd sakini 1974-cü il təvəllüdlü Mələk Nəsirovanın Nərminə Əliyevanın hücumuna məruz qaldığı bildirilir. Baş və üz nahiyəsindən xəsarət alan M.Nəsirova xəstəxanaya çatdırılıb.

N.Əliyeva isə M.Nəsirovanın ona hücum etdiyini iddia edib.

M.Nəsirova fiziki qüsurludur, birinci qrup əlildir.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, tərəflərin qarşılıqlı müraciəti əsasında hazırda Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır. Təyin olunmuş müvafiq ekspertizanın və araşdırmanın nəticəsində məsələyə hüquqi qiymət veriləcək.
Top