“ING Group” Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb

“ING Group” Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb


Niderlandın ən böyük maliyyə qrupu olan “ING Group” Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb.
Empatv.az xəbər verir ki, ING 2025-ci il üzrə ÜDM-in artım proqnozunu 2,5%-dən 2,3%-ə endirib. 2026-cı il üzrə proqnoz yenidən 2,5 %, 2027-ci il üzrə 2% müəyyən edilib.

Bundan əlavə, bank bu ilin dördüncü rübü üzrə artım proqnozunu 4%-dən 4,5%-ə artırıb. 2026-cı il üzrə rüblük artım proqnozunu isə dəyişməz saxlayıb. Beləliklə, gələn ilin birinci rübündə proqnoz 3,5 %, ikinci rübündə 3 %, üçüncü rübündə 2,5 %, dördüncü rübündə isə 1 % müəyyən edilib.

Qeyd edək ki, Azərbaycan İqtisadiyyat Nazirliyi 2025-ci ildə ÜDM-in artımını 3,7 %, 2026-cı ildə 3,2 %, 2027-ci ildə 3,6 % səviyyəsində proqnozlaşdırıb. “S&P Global” 2025-2026-cı illərdə illik 2 %, “Fitch Ratings” 2025-ci ildə 3 %, 2026-cı ildə 2,4 %, “Moody's” isə illik 2,5 % artım gözləyir.

Beynəlxalq Valyuta Fondu 2025-2026-cı illərdə iqtisadi artımın müvafiq olaraq 3,5 % və 2,5 %, Avropa Yenidənqurma və İnkişaf Bankı 2025-ci ildə 3 %, 2026-cı ildə 2,5 %, Asiya İnkişaf Bankı növbəti iki il ərzində 3,4 % və 3,3 %, Dünya Bankı isə 2025-ci ildə 2,6 %, 2026-cı ildə 2,4 % səviyyəsində olacağını gözləyir.
Top