Rusiya dronu Rumıniyanın hava məkanına daxil olub, səfir XİN-ə çağırılıb

Rusiya dronu Rumıniyanın hava məkanına daxil olub, səfir XİN-ə çağırılıb


Rumıniya Xarici İşlər Nazirliyi 2025-ci il sentyabrın 13-də ölkənin hava məkanının Rusiya dronu tərəfindən pozulması ilə əlaqədar Rusiyanın səfiri Vladimir Lipayevi nazirliyə çağırıb.

Empatv.az xəbər verir ki, bu barədə diplomatik qurumun məlumatında deyilir.

“Rumıniya tərəfi bu qəbuledilməz və məsuliyyətsiz addımla bağlı qəti etirazını bildirib. Bu, Rumıniyanın suverenliyinin pozulmasıdır”, – XİN-in bəyanatında qeyd olunur.
Top