Cəlilabadda ölümlə nəticələnən qanlı cinayət: Sinif yoldaşını məktəbdə bıçaqladı

Cəlilabadda ölümlə nəticələnən qanlı cinayət: Sinif yoldaşını məktəbdə bıçaqladı


Cəlilabad rayonunun Xəlilabad kəndində 11-ci sinif şagirdinin bıçaqlanaraq qətlə yetirilməsinin bəzi təfərrüatı məlum olub.

Empatv.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəlilabad kənd orta məktəbinin sinif otağında baş verib. 11-ci sinif şagirdi K.İ və onun sinif yoldaşı S.Ə Cəlilabad rayonunun Güneyli kənd sakinləridir. Kənddə orta məktəb olmadığından onlar 9-cu sinifdən Xəlilabad kənd orta məktəbində oxuyurlarmış. Hadisə isə söyüş üstə olub. Bir gün əvvəl S.Ə və K.İ mübahisə edib və bir-birilərinə söyüş söyüblər. Sinif yoldaşlarının köməyi ilə onların mübahisəsinin davaya çevrilməsinin qarşısı alınıb.

Bu gün S.Ə. səhər tezdən dərsə gələrkən yaşadığı evdən mətbəx bıçağı götürüb və onu paltarında gizlədib. Birinci dərsdən sonra S.Ə sinif yoldaşı K.İ-ni məktəbin digər sinfinə çağırıb və mübahisə davam edib. Mübahisə nəticəsində S.Ə həmyaşıdı K.İ-ni qarın boşluğu və döş qəfəsindən bıçaqlayıb.

K.İ. yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Top