Gəncədə zəncirvari qəza olub, xəsarət alanlar var

Gəncədə zəncirvari qəza olub, xəsarət alanlar var


Gəncədə baş vermiş zancirvari qəzada xəsarət alanların adları məlum olub.

Empatv.az-ın məlumatına görə xəsarət alanlar 1998-ci il təvəllüdlü P. Verdiyev, 1993-cü il təvəllüdlü M. Abdullayeva, 1976-cı il təvəllüdlü R. Yusifov və daha bir nəfərdir.

Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.

Qeyd edək ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib.

Belə ki hərəkətdə olan “Ford Tranzit “ markalı yük avtomobili ilə “BMW” və “BYD” markalı minik avtomobilləri toqquşub.

Məlumata görə qəzaya səbəb “Mercedes” markalı minik avtomobili olub. Qəzadan sonra həmin avtomobil hadisə yerindən yayınıb.

Faktla bağlı araşdırma aparılır.
Top