Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
2023-cü il sentyabrın 19-da erməni silahlı dəstələrinin törətdiyi təxribatlar nəticəsində mülki şəxslər və hərbi qulluqçular şəhid olmuşdu. Buna cavab olaraq Azərbaycan Ordusu bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Cəmi 23 saat 43 dəqiqə sonra erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular və atəşkəs əldə edildi.
Nəticədə, Qarabağda yerləşən qeyri-qanuni silahlı birləşmələr tərk-silah edildi, separatçı rejim ləğv olundu və Azərbaycanın dövlət suverenliyi tam bərpa edildi.
Silahlı toqquşma zamanı Quru Qoşunlarının, Xüsusi Təyinatlı Qüvvələrin, Komando Briqadalarının, DİN Daxili Qoşunlarının, Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları şəhid olmuşdur. Hərbi qulluqçuların 203-ü hərbi əməliyyatlar zamanı, 2-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur.
Şəhid olanların 39-u zabit, 23-ü gizir, 23-ü çavuş, digərləri isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olan əsgərlər və sıravi əsgər (çağırışçı) idilər.