Əlisəmid Kürün vəziyyəti açıqlanıb

Əlisəmid Kürün vəziyyəti açıqlanıb


Şair Əlisəmid Kür (Cəfərli) ötən gün axşam özəl tibb müəssisəsindən Respublika Klinik Xəstəxanasının Reanimasiya şöbəsinə təxliyə olunub.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, qaraciyər və böyrək çatışmazlığı diaqnozu təyin edilən pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.

Qeyd edək ki, Əlisəmid Kürün səhhəti sentyabrın 15-i pisləşib, o, Respublika Diaqnostika Mərkəzinə yerləşdirilib. Hazırda şairin müalicəsi Respublika Klinik Xəstəxanasında davam etdirilir.
Top