Biləsuvarda yol qəzası motosikletçinin ölümü ilə nəticələnib
Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Empatv.az-ın məlumatına görə, qəza rayon mərkəzindən keçən dolama yolda qeydə alınıb. Hərəkətdə olan motosiklet əvvəlcə “Mercedes” markalı avtomobillə toqquşub, daha sonra “Ford” markalı nəqliyyat vasitəsinə çırpılıb.
Qəza nəticəsində motosikletin sürücüsü, 1992-ci il təvəllüdlü Tamerlan Zakir oğlu Tağıyev hadisə yerində dünyasını dəyişib. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.