Oğuzda ağacların kəsilməsinə görə cinayət işi başlanılıb

Oğuzda ağacların kəsilməsinə görə cinayət işi başlanılıb


Oğuz rayonunun Filfilli kəndindəki meşəlik ərazidə fıstıq növündən olan ağacların kəsilməsi ilə bağlı istintaq araşdırmaları aparılır.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Empatv.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən 1968-ci il təvəllüdlü Dünyabir Nəsirov saxlanılıb.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Top