27 Sentyabr – Anım Günü: “Biz ölmədik, Vətən olduq...”
Azərbaycan xalqı 27 Sentyabr – Anım Gününü böyük ehtiramla yad edir. Tariximizin ən şanlı səhifələrindən biri olan 44 günlük Vətən müharibəsinin başlanğıcını xatırlayır, azadlıq uğrunda canından keçən şəhidlərimizi böyük ehtiramla yad edirik.
Vətən müharibəsi yalnız bir döyüş deyil – xalqın birlik, iradə və azadlıq uğrunda mübarizə dastanı idi. Hər bir şəhidimizin həyat yolu, hər bir igidin son baxışı, son sözü bu torpaqlara səpilmiş bir toxum kimi yaddaşımıza həkk olunub. Onlar gedərkən yalnız silaha sarılmadılar, həm də ümidlərimizi, gələcəyimizi qorudular.
Bir əsgərin son məktubunda yazdığı kimi:
“Mən ölməyəcəm, mən Vətən olacağam. Mən hər bir Azərbaycan vətəndaşının qəlbində yaşayacağam. Mən sizin gələcəyiniz üçün canından keçən bir şəhid olacağam.”
Bu sözlər yalnız bir gəncin səsi deyil, bütün şəhidlərin dilindən söylənilən əbədi anddır. Onların arzusu sadə idi: biz yaşayaq, Vətəni sevək, onu qoruyub inkişaf etdirək.
Bu gün hər bir azərbaycanlı üçün müqəddəs bir gündür. Səngərdə döyüşən oğulların qələbəsi, şəhidlərin qanı bahasına qazanılan azadlıq bizim üzərimizə böyük məsuliyyət qoyur. Bu məsuliyyət Vətənə xidmət etmək, onun inkişafı üçün çalışmaq, qazanılan zəfəri yaşatmaqdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Qazilərimizə can sağlığı, ordumuza güc-qüvvət arzulayırıq.
Vətən sağ olsun!

Qədirli