Sumqayıtda marşrut avtobusu yanıb
              
Empatv.az xəbər verir ki, Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən 2 saylı müntəzəm marşrut xəttinə aid “Isuzu Citibus” markalı avtobusda yanğın hadisəsi qeydə alınıb.
Hadisə barədə məlumat daxil olan kimi Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə qüvvələri əraziyə cəlb olunub və yanğın qısa müddətdə söndürülüb.
Məlumata əsasən, hadisə zamanı avtobusun içərisində sərnişin olmayıb. Xəsarət alan yoxdur.
Hadisənin səbəbləri araşdırılır.