Salyanda 3 gün əvvəl yıxılaraq xəsarət alan azyaşlı ölüb

Salyanda 3 gün əvvəl yıxılaraq xəsarət alan azyaşlı ölüb


Salyanda 3 gün əvvəl hündürlükdən yıxılan 1 yaşlı uşaq xəstəxanada ölüb.

Empatv.az-ın məlumatına görə, sentyabrın 26-da Salyan rayonunun Varlı kəndində valideyin nəzarətindən yayınan bir yaşlı H.Z fərdi yaşayış evinin ikinci mərtəbəsindən yıxılaraq kəllə-beyin travması ilə komatoz vəziyyətdə Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Azyaşlının bu gün günorta saatlarında reanimasiyada öldüyü bildirilir.
Top