ABŞ-ın müvəqqəti işlər vəkili Allahşükür Paşazadə ilə görüşüb

ABŞ-ın müvəqqəti işlər vəkili Allahşükür Paşazadə ilə görüşüb


ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb.

Empatv.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin “X” hesabında bildirilib.

“ABŞ-ın müvəqqəti işlər vəkili Emi Karlon Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycanda fəaliyyət göstərən ənənəvi dini konfessiyaları təmsil edən QMİ Məşvərət Şurasının üzvləri ilə görüşüb.

Xanım Karlon avqustun 8-də keçirilən Vaşinqton Sammitinin əhəmiyyətini vurğulayaraq, dini icmaların Cənubi Qafqazda davamlı sülhün bərqərar olunması və firavan gələcəyin qurulmasında oynadığı mühüm rolu xüsusi qeyd edib”
Top