ABŞ bağlanmaya görə ÜDM-də həftədə 15 milyard dollar itirə bilər
Bu barədə “Politico” əsaslı mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, ABŞ prezidenti Donald Trampın iqtisadi məsələlər üzrə müşavirləri uzun müddət dayanmanın ciddi iqtisadi nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.
Onların hesablamalarına görə, qapanma davam edərkən ABŞ hər həftə ÜDM-də 15 milyard dollar itirə bilər; əgər bu bir ay davam edərsə, işsizlərin sayı 43 min nəfər artacaq.
Qeyd olunur ki, təxminən 1,9 milyon federal işçinin məzuniyyətə göndəriləcəyi və ya ödənişsiz işləyəcəyi bu hesablamalara daxil deyil.
Hesablamalara görə, bağlanma bir ay davam edərsə, ABŞ-da istehlak xərcləri 30 milyard dollar azalacaq.
Qeyd edək ki, ABŞ federal hökuməti maliyyə çatışmazlığı səbəbilə oktyabrın 1-də qismən fəaliyyətini dayandırıb.