Qubada bir ailənin 3 üzvü göbələkdən zəhərlənib
TƏBİB-dən EmpaTV.az saytına verilən məlumata görə, oktyabrın 2-də saat 06:40 radələrində zəhərlənmə şübhəsilə 3 nəfər (kişi cinsli) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Bir ailənin üzvləri - İqlimə Seyidova, onun əri Seyid Seyidov və övladları Ümman Seyidov meşədən topladıqları göbələyi yedikdən sonra özlərini pis hiss ediblər. 1959-cu il (2 nəfər) və 1997-ci il təvəllüdlü şəxslərə dispepsiya diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən hər üç şəxs ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.