Britaniyanın kəşfiyyat xidmətinə ilk dəfə qadın rəhbər təyin edildi

Britaniyanın kəşfiyyat xidmətinə ilk dəfə qadın rəhbər təyin edildi


Böyük Britaniyanın Xarici Kəşfiyyat Xidməti — Mİ6-nın rəhbərliyinə ilk dəfə qadın təyin olunub.

EmpaTV xəbər verir ki, bu vəzifəyə təyin olunan 48 yaşlı Blaze Metreveli 1909-cu ildə əsası qoyulan, lakin yalnız 1994-cü ildə rəsmi şəkildə mövcudluğu etiraf edilən Mİ6-nın tarixində həm ilk qadın rəhbər, həm də ən gənc 18-ci direktor olub.

O, 1999-cu ildən etibarən xarici kəşfiyyat sahəsində çalışır. Karyerasının böyük hissəsini Yaxın Şərqdə keçirən Metreveli ərəb dilində sərbəst danışır və bölgənin spesifik xüsusiyyətlərini dərindən bilir.

Mənbənin məlumatına görə, Metreveli rəhbər təyin edildikdən sonra əsas diqqətini Britaniyanın Yaxın Şərqdəki təsir imkanlarının gücləndirilməsinə yönəldəcək. Bununla yanaşı, o, kəşfiyyat xidmətinin fəaliyyətini sosial media vasitəsilə daha açıq və şəffaf təqdim etməyi planlaşdırır.

Top