Oqtay Şirəliyevlə vida mərasimi keçirilir

Oqtay Şirəliyevlə vida mərasimi keçirilir


Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyev vəfat edib. O, 75 yaşında Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı evdə dünyasını dəyişib.

Xatırladaq ki, Oqtay Şirəliyev 1950-ci il avqustun 2-də Bakıda həkim ailəsində anadan olub.

1967-1973-cü illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu “Müalicə işi” ixtisası üzrə bitirib.

O, 2005-2021-ci illərdə Azərbaycanın səhiyyə naziri olub.

Təzə Pir məscidində sabiq səhiyyə naziri Oqtay Şirəliyevlə vida mərasimi keçirilir.

EmpaTV xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri iştirak edir.

Sabiq nazir "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.

Top