4 Oktyabr – Unudulmaz Gülüş Ustası Hacıbaba Bağırovun Anım Günüdür

4 Oktyabr – Unudulmaz Gülüş Ustası Hacıbaba Bağırovun Anım Günüdür


Bu gün Azərbaycan teatr və kino sənətinin ən sevilən simalarından biri, Xalq Artisti Hacıbaba Bağırovun xatirə günüdür. Gülüş ustası kimi tanınan sənətkarı tamaşaçılar hər zaman böyük sevgi və rəğbətlə xatırlayırlar.
Hacıbaba Bağırov teatr səhnəsinə gənc yaşlarından gələrək qısa zamanda məşhurlaşıb. Lakin onun yaradıcılığının ən parlaq dövrü Azərbaycan Dövlət Musiqili Komediya Teatrına gəlişi ilə başlayıb. O burada on illərlə fəaliyyət göstərərək teatrın əsas simasına çevrilib.
Bağırovun "Məşədi İbad" ("O olmasın, bu olsun"), "Sultan bəy" ("Arşın mal alan") və digər operetta rolları, xüsusilə də "Şirbala" və "Məmmədəli" obrazları Azərbaycan tamaşaçısının yaddaşına həkk olunub. Onun yaratdığı hər bir obraz özünəməxsus zarafatları, təbii yumoru və bənzərsiz mimikaları ilə sevilirdi.
Hacıbaba Bağırov təkcə aktyor deyildi, o həm də "Tənqid-Təbliğ" teatrını yaratmışdı, daha sonra isə Musiqili Komediya Teatrının bədii rəhbəri kimi fəaliyyət göstərmişdi.
Sənətkarın bu gün də sevilən və izlənilən zəngin irsi Azərbaycan mədəniyyətinin Qızıl Fondunda yaşayır.

Aysu Qədirli
Top