5 Oktyabr – Beynəlxalq Müəllimlər Günüdür!
Bu gün – 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü qeyd olunur. EmpaTV.az saytı olaraq Azərbaycan təhsilinin inkişafında yorulmadan çalışan bütün fədakar müəllimləri bu əlamətdar gün münasibətilə səmimi-qəlbdən təbrik edirik.
Qeyd olunur ki, müəllimləri hər gün daha böyük həvəslə işləməyə ruhlandıran tək güc şagird sevgisidir. Bu sevgi cəmiyyətin təməli, gələcəyin memarı olan müəllimlərin öyrətmək, tərbiyə etmək və doğru yol göstərmək kimi çətin, lakin şərəfli missiyasını yerinə yetirməsi üçün tükənməz enerji mənbəyidir.Ulu Öndər Heydər Əliyevin “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” kəlamı bizə müəllim peşəsinin nə qədər müqəddəs və vacib olduğunu bir daha xatırladır.
Azərbaycan təhsilinin işıqlı gələcəyi naminə çalışan bütün müəllimlərə şərəfli işlərində yeni uğurlar, möhkəm cansağlığı və tükənməz enerji arzulayırıq.
Bayramınız Mübarək!
Qədirli