Vilnüs hava limanı hava şarları səbəbindən 16 reysi qəbul etməyib

Vilnüs hava limanı hava şarları səbəbindən 16 reysi qəbul etməyib


Vilnüs hava limanı, hava məkanında isti hava ilə doldurulmuş şarlar müşahidə olunduğu üçün fəaliyyətini müvəqqəti dayandırıb və bu müddət ərzində 16 reysi qəbul edə bilməyib.

EmpaTV.az xəbər verir ki, bu barədə LRT.lt portalı məlumat yayıb.

“16 təyyarə eniş edə bilmədi, onların əksəriyyəti Riqaya, Kaunasa, Varşavaya və Qdanska yönləndirilmişdi. Bir neçə təyyarə isə uçuş etdikləri hava limanlarına geri dönməyə məcbur qalıb. Hava limanının işi bərpa olunub, ehtiyat hava limanlarına yönləndirilən təyyarələrin geri dönüşünü gözləyirik” – deyə bildirilir.

Top