II MDB Oyunlarının medal sıralamasında Azərbaycan ikinci yerdədir
Azərbaycanın yeddi şəhərində III MDB Oyunları davam edir.
EmpaTV.az xəbər verir ki, hazırda medal sıralamasında Azərbaycan 139 medalla ikinci , Rusiya 157 (89-40-28) medalla birinci pillədə qərarlaşıb. Üçüncü yerdə isə Belarusyadır.
Azəerbaycan idmançıları 23 qızıl, 44 gümüş və 72 bürünc medal qazanıblar.
Bu günə qədər III MDB Oyunlarında 9 ölkənin idmançıları medal qazanıb. Ümumilikdə, Oyunlarda 13 ölkənin atletləri iştirak edir.