Kənd təsərrüfatında mövsümi çalışanlara gündəlik nağd ödənişin yuxarı həddi artırılır
Bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik hər bir belə fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi artırılır.
EmpaTV-nin xəbərinə görə, “Nağdsız hesablaşmalar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik hər bir belə fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi iyirmi manatdan otuz manata qaldırılır.