Abşeron, Nəsimi və Nizami rayonlarında dələduzluq və oğurluq edən şəxslər saxlanılıblar

Abşeron, Nəsimi və Nizami rayonlarında dələduzluq və oğurluq edən şəxslər saxlanılıblar


Nəsimi və Nizami rayonları ərazisində naməlum şəxslər üç nəfər paytaxt sakinini aldadaraq ümumilikdə 28350 manatlarını ələ keçirib.
Vətəndaşların polisə müraciətləri əsasında keçirilən tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı V.Yadullayev, 38 yaşlı R.Musayev və əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 52 yaşlı N.Vəliyeva müəyyən olunaraq saxlanılıblar.
Abşeron rayonunda yerləşən evlərin birindən, həmçinin rayon ərazisindəki əlvan metal qəbulu məntəqəsindən oğurluq hadisələri qeydə alınıb. Zərərçəkən şəxslər aidiyyəti üzrə müraciət edərək 4000 manat dəyərində qızıl-zinət və əlvan metal əşyalarının talanmasını bildiriblər.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə 27 yaşlı U.Cəbiyev və 28 yaşlı B.Ənvərli şübhəli şəxs qismində saxlanılıblar.

Nizami rayonunda isə bir nəfərə məxsus avtomobildən 580 manat oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum edilmiş 44 yaşlı E.İsmayılov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
Top