10 oktyabr yanğınsöndürənlərin peşə bayramı günüdür

10 oktyabr yanğınsöndürənlərin peşə bayramı günüdür


Azərbaycan Xalq Cümhuriyyətində 1918-ci il oktyabrın 10-da Bakı şəhər İdarəsinin tərkibində Bakı Yanğın Komandasının təsis edilməsini əsas tutaraq Ulu Öndər  Heydər Əliyev 5 oktyabr 2002-ci il tarixli 1052 nömrəli Sərəncamı ilə hər il oktyabrın 10-nu yanğınsöndürənlərin peşə bayramı günü kimi təsis etmişdir.

Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi yaradılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş Fövqəladə Hallar Nazirliyinin strukturunda isə həmin idarə yenidən təşkil edilmiş və Dövlət Yanğından Mühafizə Xidməti yaradılmışdır.

EmpaTV Ölkəmizin bütün yanğınsöndürənlərini peşə bayramları günü münasibətilə ürəkdən təbrik edir, onlara mərdlik, cəsarət və fədakarlıq nümunəsi olan məsul şərəfli xidmətlərində möhkəm cansağlığı və müvəffəqiyyətlər arzulayırıq!
Top