Xalq Yazıçısı Süleyman Rəhimov Anım Günündə Yad Edilir
Bu gün, 11 oktyabr Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri, Xalq Yazıçısı Süleyman Rəhimovun anım günüdür. Yazıçı 1983-cü ilin məhz bu tarixində, 83 yaşında dünyasını dəyişib.
Süleyman Rəhimov xüsusilə "Şamo" roman-epopeyası ilə tanınsa da, onun əsərləri əsasında çəkilən filmlər də tamaşaçı sevgisi qazanıb. Sevilən filmlərdən biri də 1968-ci ildə ekranlaşdırılmış "Qanun naminə" kinolentidir. Rejissor Muxtar Dadaşovun bu filmi məhz Süleyman Rəhimovun "Mehman" povestinin motivləri əsasında lentə alınıb. Film 1930-cu illərdə rayon prokuroru Mehmanın (Bimbolat Vatayev) ədalət və qanunun bərpası uğrunda qatı cinayətkarlara qarşı apardığı gərgin mübarizədən bəhs edir və bu gün də öz aktuallığını qoruyub saxlayır.
Ədəbi fəaliyyətə 1930-cu ildən başlayan Süleyman Rəhimov uzun illər Azərbaycan Yazıçılar Birliyinin sədri, həmçinin dövlət və ictimai-siyasi vəzifələrdə çalışıb. Onun zəngin yaradıcılığı Azərbaycan nəsrinin inkişafında dərin iz buraxmışdır. Anım günündə böyük sənətkarı hörmətlə yad edirik.

Qədirli