Meksikada daşqınlar nəticəsində ölənlərin sayı artıb
Meksikanın mərkəzi və sahillərini vuran daşqınlar nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.
EmpaTV xəbər verir ki, səlahiyyətlilər yüzlərlə evin zədələndiyini, onlarla körpünün və yolun dağıldığını bildirib. Bir neçə kənd rabitəsiz və işıqsız qalıb.
Meksikanın hidrometeorologiya xidməti xəbərdarlıq edib ki, bir neçə bölgədə təkrar güclü yağışlar gözlənilir. Bu da daha çox daşqın, torpaq sürüşməsi və dağıntılara səbəb ola bilər.
Daha əvvəl leysan yağışlar nəticəsində azı 24 nəfərin öldüyü bildirilirdi.