Göyçayda taxta sexində güclü yanğın olub

Göyçayda taxta sexində güclü yanğın olub


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Göyçay şəhəri ərazisində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.

EmpaTV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Top