Xırdalanda 19 yaşlı oğlan öldürüldü

Xırdalanda 19 yaşlı oğlan öldürüldü


Gecə saatlarında Abşeron rayonunda qətl hadisəsi törədilib.

EmpaTV xəbər verir ki, saat 03 radələrində Xırdalan şəhəri ərazisindəki parkda gənc oğlan bıçaqlanıb.

Xəstəxanaya çatdırılan şəxsin öldüyü məlum olub.

İlkin araşdırmalarla qətlə yetirilən şəxsin 2006-cı il təvəllüdlü Tovuz rayon sakini Elmir Şakir oğlu Axundov olması müəyyən edilib.

Hadisəni törədən şəxsin saxlanılması istiqamətində polis tərəfindən tədbirlər görülür.

Cinayəti törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Fərid Rəşad oğlu Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma başlanıb.

Top