Xəyyam Mirzəzadənin 90 illiyinə həsr olunmuş növbəti konsert keçiriləcək
Cadenza orkestri 23 oktyabr saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində görkəmli Azərbaycan bəstəkarı Xəyyam Mirzəzadənin 90 illiyinə həsr olunmuş növbəti konsertini keçirəcək. Bakı Müasir Musiqi Cəmiyyətinin təşkilatçılığı ilə baş tutacaq "Xəyyam Mirzəzadə-90" adlı konsertdə bəstəkarın müxtəlif illərdə yazdığı "Monoloq", "Ohne", "Pianto" və "Memory" əsərləri ifa olunacaq. Konsertin solistləri Aynur Əhədova (violin), Humay Qasımzadə (piano) və Fəridə Məmmədova (soprano) olacaq.
Konsertə giriş sərbəstdir.