Müdafiə Nazirliyinin “İstirahət ev”inin rəisi rüşvət ittihamı ilə həbs olunub

Müdafiə Nazirliyinin “İstirahət ev”inin rəisi rüşvət ittihamı ilə həbs olunub


Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Nazirliyin "İstirahət evi"nin rəisi mayor İlham Haqverdiyevin qanun pozuntusuna yol verdiyi müəyyən edilib.
EmpaTV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Bununla bağlı müvafiq istintaq hərəkətlərinin aparılması, hadisəyə hüquqi qiymət verilməsi və qanun çərçivəsində tədbirlərin görülməsi məqsədilə araşdırma materialları aidiyyəti üzrə Hərbi Prokurorluğa təqdim edilib.

İ.Haqverdiyevin barəsində Hərbi Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.

Top