Ağ Ev: Tramp Putinlə Zelenskinin görüşünü mümkün hesab edir
ABŞ Prezident Administrasiyasının rəhbəri Donald Tramp Rusiya lideri Vladimir Putin ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşün mümkün olduğunu düşünür.
EmpaTV xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kərrolin Livitt jurnalistlərə açıqlama verib.
“Düşünürəm ki, o, bunu mümkün hesab edir. Və əlbəttə, bu görüşün baş tutmasını istərdi,” – deyə Livitt bildirib.