Atasının maşınını təmir edərkən faciəvi şəkildə öldü
Şəmkirdə dəhşətli hadisə baş verib.
EmpaTV xəbər verir ki, 13 yaşlı İsə Əlixan oğlu Qasımov yaşadığı evin həyətində yerləşən çardağın altında atasına məxsus avtomobili təmir edərkən ölüb.
İ.Qasımov maşının ön sol təkərini dəyişən zaman qaldırıcı qəfil sürüşüb. Bu zaman onun başı avtomobilin altında qalıb və aldığı xəsarətlərdən ölüb.
Hadisə ilə bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.