Yolu keçmək istəyən qadını maşın vurdu
EmpaTV xəbər verir ki, Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Şəhər ərazisində “VAZ 2106” markalı minik avtomobili yolu keçmək istəyən qadını vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Ölən şəxsin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma başlanılıb.