42 yaşında evlənməyə qərar verdi

42 yaşında evlənməyə qərar verdi


Məşhur rusiyalı reper Timati 42 yaşında ailə həyatı qurmağa hazırlaşır.

EmpaTV xəbər verir ki, bu haqda reperin prodüseri Sergey Dvortsov “Strasti” portalına açıqlamasında bildirib.

O, Timatinin özündən 20 yaş kiçik model sevgilisi Valentina İvanova ilə nikah bağlamağı planlaşdırdığını təsdiqləyib.

Prodüser bildirib ki, mərasimin çox təmtəraqlı və möhtəşəm şəkildə keçiriləcəyi gözlənilir.

“Toy çox fərqli olacaq,” – deyə o reperin pərəstişkarlarının marağını daha da artırıb.

S. Dvortsov həmçinin mətbuatda yayılan xəyanət iddialarını təkzib edib və reperin sevgilisinə sadiq olduğunu vurğulayıb.

Top