Yenilik və  İnkişafın Mərkəzi: “Yeni SƏN

Yenilik və İnkişafın Mərkəzi: “Yeni SƏN " Forumu


Bakı, 25 Oktyabr – Şəxsi inkişaf və maarifləndirmə hədəfləyən, xüsusilə də yenilənmək istəyən hər bir xanım üçün nəzərdə tutulmuş möhtəşəm tədbir – “Yeni SƏN" Forumu bu gün Nizami Kino Mərkəzində keçirildi. “Yenilik SƏN-dən başlayır” şüarı altında baş tutan forum iştirakçılara öz həyatlarında pozitiv dəyişikliklər etmək üçün güclü zəmin yaratdı.
Saat 09:30-da başlayan  tədbiri 13 spiker və 13 müxtəlif mövzu ilə iştirakçıları bilik və motivasiya ilə zənginləşdirdi. Forumun sonunda iştirakçılar sertifikatla təltif olundular.

Peşəkar Spikerlərin Çıxışları

Forumun əsas dəyəri Azərbaycanın tanınmış mütəxəssislərindən ibarət spiker heyəti idi. Onların çıxışları psixologiya, karyera, sağlamlıq və şəxsi brendinq kimi aktual mövzuları əhatə etdi:
 • Fərhad Pərvizi (Davranış iqtisadçısı) – “Qadınların kişilər haqqındakı mifləri”
 • Əliyeva Günel (Mediator) – “Qadın – Güc, Gözəllik və Gələcəkdir.”
 • Əsədova Leyla (Psixologiya Mərkəzinin rəhbəri) – “Qadın – qadının yurdudur.”
 • Özbetəlaşvili Nino (Art Terapist) – “İncə Qadın – İncə Sənət”
 • Parvin Museyibova (Həkim-Kosmetoloq) – “Gözəl SƏN”
 • Nigar Cəbrayıl (Klinik psixoloq) – “Ruh sağlamlığı – xoşbəxtliyin açarıdır.”
 • Mirşahin Əlizadə (Klinik Psixoloq) – “Qadın xoşbəxtliyi haradan başlayır?”
 • Aygül Məmmədova (BMG International direktoru) – “Təhsillə dəyişən həyat ssenariləri”
 • Ajda Rəsulzadə (Gənc tədqiqatçı) – “Qadınların akademik varlığı və korporativ mühitdə rolu”
 • Mehriban Həsənova (Dizayner) – “Tərzinlə Fərqlən”
 • Aysel Arastunqızı (Metodist, təlimçi) – “Köhnə BİZlər”
 • Tədbirin aparıcısı isə Fidan Oruc Əliyeva oldu.
Forumun fəxri qonağı Səkinə Babayeva iştirakçıları salamladı və forumla bağlı fikirlərini bildirdi. Yazıçı Fəzilə Əsgərova isə özünün məşhur “Uğur Psixologiyası” kitabının imza gününü keçirdi.

Moda, İncəsənət və Xoş AnlarTədbirin proqramı incəsənət və gözəllik elementləri ilə zənginləşdirildi. Gənc Rəssamın Butik Rəsm Sərgisi iştirakçılara estetik zövq verdi, SIMOORG Academynin təqdimatında keçirilən Fashion Show isə Akademiyanın istedadlı dizaynerlərinin işlərini nümayiş etdirdi. Tədbirdə iştirakçılar üçün həmçinin hədiyyələr, xoş tanışlıqlar və xatirə fotoları üçün maraqlı foto guşə təşkil edilmişdi.

Dəstək Verən Qurumlar və Tərəfdaşlar

“Yeni SƏN" Forumunun təşkilatçısı WORLD Karyera və İnkişaf Mərkəzi və Ömür Dent Stomatoloji Klinikası idi. Layihə aşağıdakı nüfuzlu şirkət və qurumların dəstəyi ilə reallaşdırıldı:
Əsas Sponsorlar : PASHAZADE GROUPS, N-ADVERT, B1 HOME, LL GROUP, CAHAN Catering, Travellab, ABLE Kids Club, SMART EDUCATION Bağçalar Şəbəkəsi, Əsrik –  Təbii bulaq suyu
Hədiyyə Sponsoru : AzərSüd , BUZZ cola
Tərəfdaşlar : AQSİA, WORLD DENT, FOUNDER WOMEN CLUB, BMG INTERNATIONAL
Dəb və Zərif Tərəfdaşlar : SIMOORG ACADEMY, My Poppy
İnformasiya Dəstəyi : Elegant Media, ADALIA INTERNATIONAL LADIES PLATFORM, Dost TV, Sağlam Təhsil, 93 FM Sağlam Radio, Empa Tv Sosial-Psixoloji Media
“Yeni SƏN" Forumu iştirakçılara yenilənmək və öz potensialını kəşf etmək üçün unikal şərait yaradan, böyük uğurla gerçəkləşmiş bir layihə oldu.

Aysu Qədirli
Qızılgül İbrahimova





Top